İohan Şöner (alm. Johannes Schöner; 16 yanvar 1477, Karlştad – 16 yanvar 1547, Nürnberq) — bir çox sahədə iz qoymuş alman alimi. Keşiş, astronom, astroloq, coğrafiyaşünas, kosmoqraf, kartoqraf, riyaziyyatçı, qlobusların və elmi alətlərin istehsalçısı, elmi kitabların redaktoru və naşiri. 1543-cü ildə Nürnberqdə Şöner Kopernikin məşhur "Göy cisimlərinin fırlanması haqqında" kitabının nəşr olunmasında mühüm rol oynamışdır.
İohan Şöner | |
---|---|
alm. Johannes Schöner | |
Doğum tarixi | 16 yanvar 1477 |
Doğum yeri |
|
Vəfat tarixi | 16 yanvar 1547 (70 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | astronomiya, riyaziyyat, kartoqrafiya |
Vikianbarda əlaqəli mediafayllar |
Şönerin adına Marsda krater adlandırılmışdır.
O, Erfurt Universitetində ilahiyyat təhsili almış, daha sonra Bamberqdə katolik keşişi olaraq işləmişdir. Orada, öz evində o, çap mağazası yaradaraq astroloji ədəbiyyat çap etməyə başladı. Şöner həm göy, həm də yer qlobuslarının yaradıcısı kimi tanınır[2], həmçinin yeni kəşf edilmiş Amerika materikinin təsvir edildiyi ilk yer qlobusunun. Şönerin qlobusu Nürnberq şəhər kitabxanasında saxlanılır. 1526-cı ildən, Nürnberqdə Melanxton Gimnaziyasının açılışından sonra Şöner orada riyaziyyat müəllimi oldu və 20 il bu vəzifədə qaldı. O lüteranlığı qəbul etdi və 7 avqust 1527-ci ildə Anna Selerinlə evləndi. Şönerin xidmətləri arasında əsas yeri Georq fon Purbax, Bernhard Valter (1430–1504), İohan Regiomontan və Nikolay Kopernikin astroloji və astronomik əsərlərinin nəşri tutur. Bundan əlavə, o efemeridləri və əbədi planet cədvəllərini, həmçinin astrologiya üzrə böyük dərslik sayılan "De judiciis nativitatum"u (1545) nəşr etdirmişdir. Bu kitabların hər ikisi Melnxtonun ön sözü ilə nəşr edilmişdir. Şöner öz dərsliyində astrologiyanın Kopernik astronomik sistemi ilə tam uyğun olduğunu inandırıcı şəkildə müdafiə edirdi. Bundan əlavə o, astrologiya, astronomiya, xronologiya və riyaziyyat mövzusunda bir sıra başqa əsərlər də yazmışdır.