İon adaları (yun. Περιφέρεια Ιόνιων νησιών) - Yunanıstanın qərb və cənub-qərb hissəsində yerləşən adalar qrupudur. Adaların şərq sahilləri İon dənizi ilə yuyulur.Adalar bir çox kiçik adalardan ibarət olsa da,bu ada qrupunu "Yeddi ada"adlandırırlar.Əsas adalar(şimaldan cənuba):
İon adaları | |
---|---|
yun. Ιόνια νησιά | |
Ümumi məlumatlar | |
Ümumi sahəsi | 2300 km² |
Hündür nöqtəsi | 1628 m |
Əhalisi | 207.855 nəfər (2011-ci il) |
Yerləşməsi | |
38°30′ şm. e. 20°30′ ş. u.HGYO | |
Ölkə | Yunanıstan |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İon adaları - Yunanıstanın heç vaxt Osmanlı imperiyası tərəfindən idarə olunmayan yeganə ərazidir.
Sakinlərinin əsas məşğuliyyəti:kənd təsərrüfatı,balıqçılıq, ticarət, gəmiçilikdir.Adaların Osmanlı imperiyası işğalından azad olması və XIX əsrsdə Britaniya tərəfinden idarə olunması,əhalinin həyat tərzinin Yunanıstanın digər yerləri ilə müqaisədə daha yüksəkdir. Adalarda 1864-ci ildə Yunanıstanın tərkibinə birləşdiyi vaxtdan yunan qanunları yayılmağa başlandı. Əhali:yunanlar(1889 ildə 235,122 nəfər), italyanlar (1100 nəfər),inglislər(1500 nəfər). Hər bir adada 1 lisey, Korfu adasında isə 1823-cü ildən kollec və universitet var.
İon adalarının qədim tarixi qədim Yunanıstan tarixi ilə sıx bağlıdır.Adalar əsasən Dori qəbiləsi tərəfindən məskunlaşmışdır. Kerkira Korinfin bir koloniyası idi, amma tezliklə onun tərkibindən ayrılmışdır və daim onunla müharibə edirdi;zalım Periandr ilə oğlu Likofron arasında olan döyüş vaxtı ada Likofron üçün sığınacaq kimi xidmət etmişdir. Bu Peloponnes müharibəsinə təkan verdi. Adalar romalıların işğalı zamanı Axayya əyalətinin bir hissəsi oldu; Roma imperiyasının bölgüsündən sonra isə Şərqi Roma İmperiyasının bir hissəsinə çevrildi.
1186-cı ildə onlar Bizans işğalından azad olmuşdur və 3 əsr boyu Bizans, Venesiya, Neapol və başqaları arasında daimi mübarizə obyektinə çevrilmişdir.XV əsrin sonunda adalar Venesiya tərəfindən işğal olunmuşdur.
1797-ci ildə Bonapart Venesiyanı və İon adalarını işğal edir.Adalar Fransa,Venesiya isə Avstriya ərazisinə birləşdirilir.1799-ci ildə birləşən Türkiyə və Rusiya donanması,3 ildən sonra Fransız adalarını işğal etdilər.I Pavel sultan və rus imperatorunun himayəsi altında olan "Yeddi ada"respublikasını yaraddı.1807-ci ildə, Tilsit sülh müqaviləsinə əsasən adalar Fransaya qaytarıldı.Lakin 2 ildən sonra Korfu istisna olmaqla, adaları inglislər işğal etdi.Korfu adası onlara Paris sülh müqaviləsindən sonra verildi(30 May 1814).2-ci Paris sülh müqaviləsinə əsasən(20 noyabr 1815) adalar İngiltərə himayəsi altında yarı-müstəqil dövlətə çevrilmişdir.Adalarında daxili işləri, 1817-ci ildə qəbul edilən konstitusiya əsasən, İngiltərə ali komissarlığı tərəfindən idarə olunurdu; qanunvericilik hakimiyyəti yerli parlamentə məxsus idi.
Yunanların yaşadığı Yunanıstan adalarında yunan üsyanı üçün çoxlu səbəblər var idi: adalar bir çox üsyançıların vətəni idi, həmçinin adalar bir çox qaçaqlar üçün sığınacaq yerinə çevrilmişdir.Yunanıstan azad sonra adalarında nə liberal islahatlar, nə də siyasi cinayətkarlıqlar ada sakinlərinin Yunanıstan ilə birləşmək istəklərini zəiflədə bilmədi.1848-ci ildə ağır üsyan qalxdı; 1849-cu ildə yeni üsyan qalxdı (üsyançılar özlərini mladoioniyskoy adlandırırdılar).Hökumət bu üsyanlardan təsirlənərək seçki hüquqlarının genişləndirilməsi barədə razılığa gəlidi lakin bu, qərar insanların separatçı istəkləri daha da gücləndirdi.İngiltərədə 50-ci illərin sonunda adaları Yunanıstana qaytarılması qərarı gündəmə gəldi.1815-ci ildə imzalanan Paris müqaviləsinə əsasən, Korfu adasının neytrallaşması şərti ilə, adaları Yunanıstana qaytarıldı. 30 May 1864 Ali Komissar lord Q. Stork,adalar üzərində hakimiyyeti,yunan komissarı Zaymisuya verib.