İpəktük köpəkdili (lat. Cynoglossum holosericeum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin köpəkdili cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.
İpəktük köpəkdili | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: İpəktük köpəkdili |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Çoxillik və ya ikiillik ot bitkisidir. Gövdəsi 40-60 sm hündürlükdədir. Kökətrafı yarpaqları çoxsaylı neştərşəkilli, 25 sm-ə qədər uzunluqda, 2-2,5 sm enindədir, itisaplaqlı, ortada yerləşən saplaqları oturaq, ağ tüklüdür. Çiçəkləri əvvəlcə başcıq çiçək qrupunda toplanır. Kasacığı 3-4 mm uzunluğunda, sıxtüklü, uzunsov, iti hissəlidir. Çiçək tacı bənövşəyi –qırmızı, 7-8 mm diametrində, qısa boruludur. Erkəkcikləri qısa saplı, tozcuqları uzunsovdur. Fındıqcası 6-7 mm uzunluğunda, yumurtavaridir. Həlqəsi yastı, ensiz, bir qədər yuxarıya qalxımış kənarlıdır, üzəri seyrək tikanlarla örtülmüşdür.
Çiçəkləmə iyun-iyul, meyvəverməsi iyul-avqust aylarına təsadüf edir. Alp qurşaqlarında, daşlı yamaclarda Cirsium Mill. Cinsi növlərinin dominantlıq təşkil etdiyi yerlərdə rast gəlinir. Dərman bitkisidir.
Daşlı yamaclarda və qaya töküntülərində bitir. Böyük Qafqazın Quba sahəsi və qərb hissəsidir
Populyasiyanın məhdud sahələrdə yayılması və mənfi iqlim təsirlərinə məruz qalması azalma tendensiyasını yaradır.
Dəyişkən iqlim amillərinə həssaslığı, sayının azlığı areallarının ekstermal iqlim şəraitli ərazilərdə olmasıdır.
Xüsusi qoruma ərazilərində rezervasiyasının və növün mütəmadi monitorinqinin aparılmasının təşkil edilməsidir. Toxumla çoxalan bitki olduğundan toxumlarının yığılması vacibdir.