İpel çayı (slovak. Ipeľ, mac. Ipoly) — Slovakiya və Macarıstan ərazisindən axan çaydır.
İpel çayı | |
---|---|
slovak. Ipeľ, mac. Ipoly | |
| |
Ölkələr | |
Mənsəbi | Dunay çayı/Qara dəniz |
Uzunluğu | 233 km |
Su sərfi | 21 ± 0,001 m³/s |
Hövzəsinin sahəsi | 5151 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Çay öz başlanğıcını Lom-nad-Rimaviçou kəndi yaxınlığından Veporske-Vrxi dağlıq massivindən götürür. Uzunluğu-233 km, hövzəsinin sahəsi isə-5151 km²-dir. Çay əvvəlcədən cənub-şərqdən cənuba, daha sonra isə qərbə sonra yenidən şərqə və sonda cənub-şərq istiqamətində axır.[1]