İqbal Astanlı

İqbal İlqar oğlu Astanlı (10 avqust 1997; Biləsuvar rayonu, Azərbaycan — 29 sentyabr 2020; Talış kəndi Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi.[1]

İqbal Astanlı
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Biləsuvar rayonu, Azərbaycan
Vəfat tarixi (23 yaşında)
Vəfat yeri Talış kəndi Tərtər, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Talış kəndi uğrunda döyüşlər
Təltifləri "Vətən uğrunda" medalı — 2020
"Cəsur döyüşçü" medalı — 2021
"Suqovuşanın azad olunmasına görə" medalı — 2021

Astanlı İqbal İlqar oğlu 10 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 2003–2014-cü illərdə N. Gəncəvi adına Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2015–2019-cu illərdə Azəbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 2019-cu ildən Ağcakənd kəndi yaxınlığında Ballıqaya istiqametində və Mingəçevir rayonunda yerləşən N saylı hərbi hissələrdə kəşfiyyat bölüyündə həqiqi hərbi xidmət keçmişdir. İqbal kiçik yaşlarından idmanın sərbəst güləş növü ilə məşğul olmuş, respublikada keçirilən idman yarışlarında uğurla iştirak etmiş, dəfələrlə yeniyetmələr arasinda keçirilən Azərbaycan birinciliyinin qalibi olmuşdur, müxtəlif diplom və medallarla təltif olunmuşdur. Sərbəst güləş idman növü üzrə idman ustalığına namizəd idi. Astanlı İqbal Biləsuvar rayonun savadlı, aktiv gənclərindən olub, Gənclər siyasətinin rayonumuzda və respublikamızda həyata keçirilməsində göstərdiyi xidmətlərə görə Biləsuvar rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikası Güləş Federasiyası tərəfindən Fəxri Fərman və diplomlara layiq görülmüşdür.[1]

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

İqbal Astanlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş , Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüş əməliyyatıları zamanı qəhrəmancasına həlak olmuşdur. Şəhid İqbal Astanlı 29 sentyabr 2020-ci il tarixdə Biləsuvar rayonu məzarıstanlığında dəfn olunmuşdur.[1]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İqbal Astanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İqbal Astanlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İqbal Astanlı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

  1. 1 2 3 "Şəhidlik bir səadət ki, hərkəs ona çata bilməz!". 03.01.2021. 2021-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.01.2020.
  2. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
  4. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; :SM adlı istinad üçün mətn göstərilməyib