Əkbər Hüseynov

Əkbər Hüseynov (tam adı: Əkbər Bahadur oğlu Hüseynov ; 11 iyul 2001; Bakı, Azərbaycan29 sentyabr 2020; Talış kəndi, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Əkbər Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Talış, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Əkbər Hüseynov Bahadur oğlu 2001-ci il 11 iyul tarixində Bakı şəhərinin Sabunçu rayonunda anadan olub. 2007-2018-ci illərdə orta təhsilini Bakı şəhəri 252 nömrəli tam orta məktəbdə alıb. 2012-ci ildə 11 yaşından Kikboks idman növü ilə məşğul olmağa başlayıb.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

2019-cu ildə həqiqi hərbi xidmətə çağrılıb. İlk Goranboy rayonunda daha sonra Mingəçevirdə hərbi hissədə xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Əkbər Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində gedən döyüşlərdə olub. Əkbər Hüseynov sentyabr 29-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Sabunçu rayonu Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əkbər Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.