İqbal Hacızadə

İqbal Hacızadə (6 fevral 1997) — Azərbaycanı təmsil edən güləşçi.

İqbal Hacızadə
Şəxsi məlumatlar
Tam adı İqbal Hacızadə
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (26 yaş)
İdman növü Güləş

Həyatı[redaktə | mənbəni redaktə et]

İqbal Hacızadə 1997-ci il fevralın 6-da anadan olub.

Karyerası[redaktə | mənbəni redaktə et]

İqbal Hacızadə 2014-cü ildə Bolqarıstanda baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu.

İqbal Hacızadə 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. İqbal Hacızadə isə qrup mərhələsinin birinci görüşündə Braziliya nümayəndəsi Rafael Madera ilə üz-üzə gəldi.[1] Həmin görüşdə İqbal Hacızadə rəqibinə 10:0 hesabı ilə qalib gəldi.[1] Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi Meksika nümayəndəsi Qarsiya Betanzos oldu.[1] Bu görüşdə də İqbal Hacızadə rəqibinə 10:0 hesabı ilə qalib gəldi.[1] Qrup mərhələsinin sonuncu görüşündə onun rəqibi Misir nümayəndəsi Elgi Abdallam oldu.[1] Həmind görüşdə İqbal Hacızadə rəqibinə 5:0 hesabı ilə qalib gəldi.[1] Bununla da İqbal Hacızadə qrup mərhələsini birinci pillədə başa vurdu və final görüşünə vəsiqə qazandı.[1] Həlledici görüşdə onun rəqibi Moldova nümayəndəsi Dmitri Keahusta oldu.[1] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İqbal Hacızadə rəqibinə 5:1 hesabı ilə qalib gəldi və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.[1][2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 Azerisport.com idman portalı. "Игбал Гаджизаде, Теймур Мамедов и Руфат Гусейнов выиграли золото Юношеской Олимпиады". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  2. Azerisport.com idman portalı. "Еще две золотые медали Азербайджана на Юношеской Олимпиаде". www.azerisport.com (rus.)). 01.11.2022. 2014-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.