İqlimə Yaqubova

Yaqubova İqlimə Xurşud qızı — azərbaycanlı aktrisa.

İqlimə Yaqubova
Doğum tarixi (57 yaş)
Vətəndaşlığı
Fəaliyyəti aktrisa

İqlimə Yaqubova 31 may 1967-ci ildə Ermənistan rayonunda anadan olmuşdur. 1992-ci ildə İncəsənət Universitetinin "Musiqi teatr aktyorluq" fakültəsini bitirmişdir.

1 sentyabr 1992-ci il tarixindən Azərbaycan Dövlət Musiqili Komediya teatrında xor artisti vəzifəsində işləyir.

Səs tembri metso-soprano.

Teatrda işlədiyi müddət ərzində "O olmasın, bu olsun", "Hələlik", "Bankir adaxlı", "Səhnədə məhəbbət", "Məhəbbət oyunu", "Qırmızı papaq", "Şən dul qadın", "Əlin cibində olsun", "Məsmə xala dayımdır", "Maritsa", "Talelər qovuşanda", "Volqalı canan", "Silva", "Bəydullanın möhtəşəm toyu", "Çılğın Qasqoniyalı", "Bir günlük siğə", "Aldın payını, çağır dayını", "10 min dollarlıq keyf", "Nəğməli könül", "Dəli dünya", "Gülmək qadağandır", "Hərənin öz ulduzu", "Bir saat xəlifəlik", "Qadınsız yaşamaq olmaz", "Şeytanın yubileyi" kimi tamaşalarında iştirak etmişdir.

Xor artisti kimi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş, işinə peşəkarlıqla yanaşmışdır.

İ.Yaqubova hal-hazırda Musiqili Komediya teatrında yaradıcılıq fəaliyyətini davam etdirir.

  1. Özgə vaxt (film, 1996)