Filmin qəhrəmanı Leyla (Ayan Mirqasımova) uzun illər müalicəsi mümkün olmayan xəstə atasına (Ələddin Abbasov) qulluq edir. O özü keçirdiyi iztirablı həyata sevgilisini (Elşən Rüstəmov) cəlb etməmək üçün ondan ayrılır. Heç bir qulluqçu atasının şıltaqlıqlarına dözə bilmir və ona görə Leyla işdən çıxmağa məcbur olur, tədricən yaxın dostlarını da itirir... Leyla özündən asılı olmadan, yavaş-yavaş həyat tərzini dəyişərək "atasının vaxtı" ilə yaşayır.
İnsan təbiəti dəyişməzdir, şüuru isə dəyişkəndir, nisbidir. Cəmiyyətdən, mühitdən asılı olan şüur mənəviyyat və əxlaqi normaları formalaşdırır. Həyatda çox vaxt insanın mənəvi dəyərləri, təbiətin qoyduğu və daimi olan əsaslarla ziddiyyət təşkil edir. Bu isə harmoniyanın pozulmasına gətirib çıxarır və faciə ilə nəticələnir.
- 1)1997-ci ildə Bakıda
- 2)1997-ci ildə Madriddə (İspaniya) I Beynəlxalq kinofestivalı
- Ən yaxşı rejissor işinə görə quruluşçu rejissor Hüseyn Mehdiyev "Qızıl Sevilya" Prizinə layiq görülmüşdür.
- Ən yaxşı gənc aktrisa üçün aktrisa Ayan Mirqasımovaya "Gümüş Sevilya" Prizi verilmişdir.
- 3)1997-ci ildə Daşkənddə XII Beynəlxalq kinofestival
- Ən yaxşı qadın rolunun ifasına görə aktrisa Ayan Mirqasımovaya (çinli aktrisa Si Meyyunla birgə) "Qızıl Zanbaq" Mükafatı verilmişdir.
- 4)1997-ci ildə Anapada (Rusiya) MDB və Baltikyanı ölkələrin kinofestivalı
- Ən yaxşı qadın roluna görə aktrisa Ayan Mirqasımovaya Priz verilmişdir.
- Orfoqrafik: Titrlərdə filmin adı "Özğə Vaxt" olaraq yazılmışdır. Doğrusu "Özgə Vaxt" olmalıdır.
- Quruluşçu rejissor: Hüseyn Mehdiyev
- Ssenari müəllifi: Ramiz Rövşən, Hüseyn Mehdiyev
- Quruluşçu operator: Amin Novruzov, Nadir Mehdiyev
- Quruluşçu rəssam: Mayis Ağabəyov
- Bəstəkar: Azər Dadaşov
- Filmin direktoru: Arif Səfərov
- Səs operatoru: Vladimir Savin, Nataliya Nuriyeva
- Montaj edən: Gülşən Səlimova
- Rejissor: Süleyman Əhmədov
- Operator: Sahib Səfərov
- Geyim rəssamı: Mehriban Əfəndiyeva(Mehriban Sadıqbəyli kimi)
- Qrim rəssamı: Elbrus Vahidov, Telman Yunusov
- Quraşdırılmış səhnələrin operatoru: Vaqif Bağırov
- Çalır: Qara Qarayev Adına Azərbaycan Dövlət Kamera Orkestri
- Dirijor: Rauf Abdullayev
- Musiqi redaktoru: Rauf Əliyev
- Rejissor assistenti: Şamil Əliyev, K. İbrahimova
- Operator assistenti: Nizami Səfərov
- Geyim üzrə assistent: Xalidə Ağacanlı (Xalidə Ağacanova kimi)
- Montaj üzrə assistent: Xalidə Cəfərova
- Dekor rəssamı: Elyaz Səfərov
- Səs texniki: E. Abbasov
- Fotoqraf-rəssam: Natiq İbrahimov
- İşıq ustası: Məhəmməd Hacıyev
- İşıqçı: Həsən Sultanov, Adil Dadaşov
- Məsləhətçi: Ağabəy Sultanov, İ. Yampolski
- Təlimçi: E. Cəfərov
- Rəng tənzimləyicisi: Əminə Cəfərova
- Rəng tənzimləmə üzrə assistent: İ. Raskina
- Pirotexnik: R. Şəfiyev, Dmitri Kasilov, Əlibala Məmmədov
- Geyimçi: Sofa Hüseynova (S. Hüseynova kimi)
- Əlbəsəçi: Taisiya Kovalyova, A. Sirdayeva
- Sürücü: Nizam Əliyev, A. İbrahimov, R. Ağayev, Muxtar Əzizbəyov, V. Cəbrayılov
- Fəhlə: Y. Rıjov, A. Krivopusko
- İnzibatçı: O. Ağayev, Rafiq Musayev (R. Musayev kimi), Tamara Kazaçenko (T. Kazaçenko kimi), Yusif Əlizadə (Y. Əlizadə kimi), T. Qasımova
- Redaktor: Dinarə Gərəkməzli (Dinarə Kərəkməzli kimi)
- Musiqisindən istifadə edilən bəstəkar: İohan Sebastyan Bax
- Ayan Mirqasımova — Leyla
- Ələddin Abbasov — ata
- Həsən Məmmədov — həkim
- Elşən Rüstəmov — Orxan
- Rafiq Əliyev (II) — qonşu
- Elmira Şabanova — Orxanın anası
- Zərnigar Ağakişiyeva — tibb bacısı
- Nərminə Zərbəliyeva
- Elmira Həşimzadə (Elmira Haşımzadə kimi) — baxıcı dayə
- Pərvin Sultanzadə
- Sona Babayeva
- İqlimə Yaqubova
- Y. İmanov
- Məmmədkamal Kazımov
- A. Bəşirov
- Səidə Səfərova (S. Səfərova kimi)
- S. Məmmədova
- N. Rzayeva
- O. Ağayev
- R. Şəfiyev
- "Azərkinovideo" İstehsalat Birliyi
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362; 372.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.