İqlimin radiyasiya amili

İqlimin radiyasiya amili

[redaktə | mənbəni redaktə et]

İqlimin radiyasion amilinə daxildir.

Günəş radiyasının paylanması coğrafi enlikdən və qismən ilin fəsillərindən çox asılıdır. Müşahidələrdən aydın olurki: Gecə-gündüz bərabərliyi vaxtlarında radiyasiya ekvatordan ekvatordan qütblərə doğru simmetrik paylanır. Yaz bərabərliyi vaxtı yer günəşə daha yaxın olduğundan radiyasiya qismən artır. Yayda gün uzun olduğu vaxt ən çox radiyasiya qütbdə baş verir, çünki bütün sutka boyu şüanın düşmə bucağı 23.5 dərəcədir. Orta və yuxarı enliklərdə radiyasiya xeyli çox olub, enliyə görə çox cüzi dəyişmir. Qışda qısa gündüz vaxtı qütb dairəsindən qütbə qədər radiyasiya olmur. Ekvatordan qütb dairəsinə doğru radiyasiya kəskin surətdə azalır.[1] Radiyasiyanın illik amplitudu ekvatordan qütblərə doğru çox tez artır. Bununla elaqədar olaraq tempratur amplitudu artır. Yer kürəsində Günəşşüalarının verdiyi enerjiyə insolyasiya deyilir. İnsolyasiya hadisəsi enlikdən başqa bir də havanın tutqunluğundan, şüaların düşmə bucağından və buludluluqdan çox aslıdır. Buludluluq insolyasiyanın paylanmasında böyük rol oynayır. Ümumiyyətlə yer səthinə düşməli olan radiyasiyanın 30%-dən çoxunu buludluluq itirir. Yer səthinə radiyasiya gəlir və çıxarı fərqi radiyasiya balansı adlanır. Radiyasiya balansının böyüklüyü əsasən coğrafi enlikdən və atmosfer silkulyasiyasından asılıdır.[2]

İqlimşünaslıq üçün radiyasiya prosesinin əsas rolu

[redaktə | mənbəni redaktə et]

İqlimşünaslıq üçün radiyasiya prosesinin əsas rolu onun yaratdığı termik şəraitdir. Termik şərait isə həmin sahənin istilik keçirməsindən çox asılıdır. Səthdə istilik keçirmə nə qədər böyük olarsa, həmin səthdə tempraturun fəsillər üzrə fərqidə az olur və bunun nəticəsində dəniz və kontinental iqlim tipləri yaranır. Yer səthində şüa enerjisinin paylanmasında radiyasiya amili ilə birlikdə sirkulyasiya amili də böyük rol oynayır ki, bundanda atmosferin şəffaflığı, buludluluq, hava kütlələrinin qarışması və.s kimi yardımçı amillərdən asılıdır.[3]

Atmosfer radiyasiyası, Günəş radiasiyası

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın iqlimi. Günəş radiasiyası. Hava kütlələri. Tempuratur və yağıntıların paylanması.

  1. Суточные и сезонные колебания солнечной радиации
  2. С.П. Хромов. Метеорология и климатология. Л. 1968.
  3. Q. K. Gül "Meteorologiya və iqlimşünaslıq" BAKI-1960