İqlu

Aleut İqlosu
İqlonun daxildən görünüşü

İglo və ya iglu (İnuitçe: İglu), EskimoslarAleut xalqı kimi etnosların yaşadığı ev. İqloların çoxu ov zamanı inşa olunur. Belə evlərdə bəzən 4 ay yaşayan yerlilər, daha sonra həmin evlər tərk edilir və yeniləri inşa olunur.

İqlolar haqqında

[redaktə | mənbəni redaktə et]

İqlolar daimi yaşamaq üçün nəzərdə tutulmamışdır. Eskimoslar və ya digər xalqlar əsasən ov zamanı və ya bir neçə günlük gəzinti zamanı, gecələmək üçün nəzərdə tutulan iqlolar, qardan və ya taxtadan hazırlanır. Əsasən qardan hazırlanan iqlolar daha məşhurdur. İqlonun tam hazırlanması üçün bir neçə saat lazımdır. Təcrübə olmadan iqlo hazırlanmasının mümkün olmadığı fikri məşhurdur.

İqloların tikilmə qaydası

[redaktə | mənbəni redaktə et]

İqlo tikmək eskimoslar üçün çox asantdır.Peşəkar bir ovçu qar bıçaqının köməyi ilə bir saata iqlo inşa edə bilər. Lakin çox zaman iqlo tikilməsində iki nəfər iştirak edir. İqlonun genişliyi, orada qalaçaq adamların sayına görə müəyyən olunur.Kiçik iqlonun isitmək daha rahatdır və ən əsası belə iqlolarda isti hava daha çox qalır. İqlonun hazırlanması üçün sərt qar lazımdır, iqlonun inşa ediləcəyi yer düzgün təyin olunmalıdır.

Birinci sıra kubikləri düzüldükdən sonra, daşlar mayili istiqamətində kəsilir. Beləcə, kubiklər üst üstə düzüldükcə, divarlara qübbə formasını vermək asanlaşır.

Əks təqdirdə iqlonun uçma təhlükəsi yarana bilər. Daha sonra 20 ədəd qardan kubik formasında daşlar hazırlanmalıdır. Hər daşın 40 sm eni və 20 sm hündürlüyü olmalıdır.Daşlar dairəvi formada sıra ilə düzülür.Birinci sıra kubikləri düzüldükdən sonra, daşlar mayili istiqamətində kəsilir. Beləcə, kubiklər üst üstə düzüldükcə, divarlara qübbə formasını vermək asanlaşır.Eskimoslar iqlonun icərsində nəfəs almaqı rahatlaşdırmaq üçün, iqlonun üst hissəsində 2 dəlik açırlar.İqlonun daxilində olan istilik +4 dərəcədir.Ancaq iqloda olan adamların bədən tempiratutu sayəsində, istilik 16–17 dərəcəyə kimi yüksələ bilir.Bütün bu prosedurlardan sonra eskimoslar lampa ilə iqloya daxil olur və lampanı iqlonun divarına tuturlar.Bununla iqlonun divarında olan buz parçaları əriməyə başlayır.Bir müddət sonra buz parçaları donur və iqlonun divarları həm daxildən həm də xaricdən daha güçlü olur.Bundan sonra iqlo üçün tunel qazıntısına başlanılır.İqlo üçün düzgün tunel qazmaq çox önəmlidir.Düzgün tunel qazılmadıqda isti hava bayıra çıxa bilər və ya hər hansısa vəhşi heyvan asanlıqla tunelə daxil ola bilər.Tunel qazmaqdan ötrü, iqlonun girişi bir az dərin formada olmalıdır.Ən önəmli məsələlərdən biri İqloda yaşayacaq insanların tuneldən rahatbir şəkildə keçmələridir.Bəzən eskimoslar və ya digər xalqlar, bir ərazidə bir neçə iqlo inşa edirlər.Həmin iqlolar tikilməzdən əvvəl ümumi bir tunel qazılır və beləliklə bayıra çıxmadan biri öz iqlosundan digər iqloya keçə bilir.İqlo bir aydan sonra daha da möhkəm olur.Belə ki, yağan qar iqlonun xarici divarını möhkəmləndirir.Təxminən 20–25 gündən sonra eskimoslar tərəfinən inşa olunan iqlolar ən sərt fırtınalara və ya ayının hüçümlarına dözə bilir.İqloların icərisi əsasən iki hissədən ibarət olur.Bunlar yatmaq və yemək hazırlamaq üçündür.İqlonun icində yatmazdan əvvəl müxtəlif heyvanların ayının və yatülkünün dərisindən istifadə edilir.Qədim zamanlarda eskimosların xalq əfsanələrinə görə iqlo xeyir və bərəkət rəmzi hesab olunurdu.eskimoslar arasında, gənc oğlanların baçarıqları arasında tələb olunan xüsusuiyyətlərdən biri ov etməkdirsə digəri isə iqlo inşa etməkdir.eskimoslar iqlolarda bütün ili qalmırlar, bir neçə aydan sonra ov mövsümü bitir və .eskimoslar qeriyə qayıdırar. Bununla da iqlolar yavaş-yavaş əriyir və tamam yox olurlar.

  • Oxford Dictionary of English 2e, Oxford University Press, 2003
  • İngilis dilində olan vikipediada [1] məqaləsi