Aleut xalqı və ya Unangan xalqı (öz dilində olan adı: Unangax̂ tək, Unangax iki, Unangan cəm/şərqi, Unangas cəm/qərbi ) — aborigen xalqlarından olan bu xalq Aleut adaları, Komandor adaları, ABŞ (Alyaska), Rusiya (Kamçatka) ərazisində yaşayan qədim etnos. İrq və xarici görünüşə görə Eskimoslara bənzəsələrdə, bu iki xalqın dili və mədəniyyətləri ayrı-ayrıdır.
Ümumi sayı | ||||||
---|---|---|---|---|---|---|
17000-dən 18000-ə | ||||||
Yaşadığı ərazilər | ||||||
| ||||||
Dili | ||||||
Dini | ||||||
Qohum xalqlar | ||||||
İnuit, yupik, sadlermiut |
Aleutlar XVIII əsrə kimi Avopalı və ya digər xalqlarla heç bir əlaqə qurmamışlar. XVIII əsrdə avropalılara dünyada belə bir xalqın yaşadığı məlum deyildi. Bu dövrə qədər Aleutlar İqlo adlı buzdan hazırlanan evlərdə yaşayır və əsasən balıqçılıqla məşğul olurdular. Aleutlar əsas fəaliyyətləri balıqçılıq olduğundan, onlar günü bu gündə mahir balıq ovcuları hesab olunurlar. Əsasən balina, suiti və müxtəlif növ balıqlar ovlanmışdır. Daha sonralar Aleutlar quruda yaşayan bəzi heyvanları, maral, tülkü və ayı ovu ilə vəziyyətlərini xeyli yaxşılaşdırmış və yeni ov etmə üsulları mənimsəmişlər. 1750-ci illərə kimi yəni ruslar adaya gələnə qədər, Aleutlar öz sakit həyatlarını yaşayırdılar. Əslində ruslarla ilk təmaslar çox uğurlu olmuşdur, Aleutlar ruslara yeni ov etmək üsullarını öyrətmiş, bunun əvəzində isə ruslar özləri ilə gətirilən bəzi ədviyatları Aleutlara vermişlər: Sea otter hunters. Hətta bəzi rus kişilərinin Aleut qadınlarala evlənməsi məlumdur. Alyaskada birinci rus qəsəbələri Qriqori İvan Şelixov irkutsk taciri tərəfindən salınmışdır. Kütləvi şəkildə ovlanma nəticəsində dəniz heyvanlarının sayı azalmışdır. Bununla ruslar yerli əhalini daha cox inçitməyə başlamış, onları ovlamaq üçün daha əlverişsiz yerlərə göndərmişlər. Xususəndə Şelikov və Galikov şirkətinin yerli xalqa qarşı olan münasibəti nəticəsində Aleutlar, üsyan etmiş və qalib qəlmişdirlər. Ancaq texniki baxımdan daha üstün olan ruslar sonda Aleutlar üzərində qələbə qazanmışlar. Bu qələbənin əldə edilməsində Rusiya imperiyası Rus Amerikasına bir başa dəstək göstərmişdir. Aleut xalqı Ruslarla yaratdığıları münasibərlər, kütləvi qrip epidemiyası, qətliyamlar səbəbindən xalqın 80% məhv olmuşdur. Bütün bunların nəticəsində Aleut xalqının sayı 90 min nəfərdən 10 minə kimi azalmışdır.
Aleut xalqının adı aleutca allíthuh sözündəndir. Alyaskanın kəşfindən sonra ruslar Aleut adaları istiqamətində irələməyə başlayırlar. Bu ərazilərə gələn rus kürk tacirləri tərəfindən yerli əhali Aleut (rus. Алеутъ) adlandırılır. Bu eyni adlı adalar qrupunun olması ilədə ələqəli olmuşdur.
Rus dilində Aleut adının mənşəyi haqqında bir neçə fikir vardır:
Aleut dili və ya Unangan dili (öz adı Unangam Tunuu), Amerika Birləşmiş Ştatlarında Alyaska ştatının Aleut adaları ilə Pribilof adalarında və Rusiya Federasiyasının Kamçatka diyarına bağlı Komandor adalarında Aleut xalqı (Unangan xalqı) tərəfindən danışılan və Eskimos-Aleut dil ailəsinin tək başına iki qolundan birini oluşturan dil.
Alyaskada 1980 və 1992-ci illərdə, Eskimo-Aleut dillərində dannışa bilən əhali [5]
Ayaska | etnik sayı | anadilində danışa bilənlərin sayı | % | danışa bilənlərin orta yaş həddi |
1980 | . | . | . | . |
Sibir Yupikləri | 1.100 | 1.050 | 95 | Orta nəslin çoxu və uşaqların hamısı |
Yupikler | 17.000 | 14.000 | 80 | Orta nəslin çoxu və uşaqların bir qismi |
İnyupikler | 12.000 | 5.000 | 40 | Orta nəslin çoxu və uşaqların bir qismi |
Supikler | 3.000 | 1.000 | 33 | Orta nəslin çoxu və uşaqların bir qismi |
Aleutlar | 2.200 | 700 | 35 | Orta nəslin çoxu və uşaqların bir qismi |
1992 | . | . | . | . |
Sibir Yupikləri | 1.100 | 1.050 | 95 | Orta nəslin hamısı və uşaqların böyük bir qismi |
Yupiklər | 18.000 | 12.000 | 67 | Orta nəslin hamısı və uşaqların kiçik bir qismi |
İnyupiklər | 13.000 | 4.000 | 31 | Orta nəslin çoxu və uşaqların bir qismi |
Supiklər | 3.100 | 600 | 19 | Orta nəslin çoxu və uşaqların bir qismi |
Aleutlar | 2.100 | 400 | 19 | Orta nəslin çoxu və uşaqların bir qismi |
Rusiya Federasiyasında Komandor adalarında yaşayan, yerli aleut əhalisinin sayı:[4]
Aleutları yaşadığı ərazi Amerika Birləşmiş Ştatlarıı hesab olunur. Ona görədə Aleutlar ABŞ təhsil sistemi üzrə təhsil alırlar.Hal-hazırda Alyaskada 4 Aleut yarım məktəbi fəaliyyət göstərir. Şagirdlərə həm ana dilləri olan Unanganca həm də dövlət dilləri olan ingilis dili tədris olunur.
1987-1988-ci illərdə Alyaskada məktəblərdə dərs alan Aleutlu uşaqlar:[6]
Yarım məktəb | Anadilində danışa bilən uşaqlar | Danışa bilməyən uşaqlar | Cəmi şagird sayı |
Aleut ərazisi | 2 | 16 | 18 |
Ankoric | 1 | 29 | 30 |
Bristol körfəzi | . | 1 | 1 |
Kenai | . | 1 | 1 |
Pribilof adası | . | 70 | 70 |
Tanana | . | 18 | 18 |
Cəmi | 3 | 135 | 139 |