İqnalina AES

İnqalin Atom Elektrik Stansiyası (lit. Ignalinos atominė elektrinėIgnalinos atominė elektrinė) —  26 il (1983–2009) fəaliyyət göstərmiş Litvanın Şimal-şərqində yerləşən və artıq fəaliyyətini dayandırmış AES-dir.

İqnalina AES
Xəritə
Ümumi məlumatlar
İstismara verilib 31 dekabr 1983
İstismardan çıxarılıb 31 dekabr 2009
Əsas xüsusiyyətləri
Elektrik enerjisi gücü 2.600 MVt
Digər məlumatlar
Sayt iae.lt
Yerləşməsi
55°36′15″ şm. e. 26°33′36″ ş. u.
Ölkə
İqnalina AES xəritədə
İqnalina AES
İqnalina AES
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstismar dövrü ərzində stansiyada 307.9 mlrd kVt saat elektrik enerjisi istehsal edilmişdir. Stansiya Drukşay gölünün yaxınlığında yerləşir. Bu ərazi İnqalin inzibati rayonuna daxil olduğundan stansiya da eyni adı daşıyır.

Texniki təsviri

[redaktə | mənbəni redaktə et]

İnqalin AES-də istilik neytronu ilə çalışan kanal tipli РБМК-1500 atom reaktorları quraşdırılmışdır.

İnqalin AES-in bir blokunun islitik gücü 4800 MVt, elektrik gücü isə 1500 MVt-dır. Çernobıl qəzasından sonra stansiyanın istilik gücü 4200 MVt-a endirilmişdir. birinci blok 1984-2004-cü illərdə, ikinci blok isə 1987-2009-cu illərdə fəaliyyət göstərmişdir. 2009-cu il 31 dekabr tarixində stansiyanın fəaliyyəti dayandırılmışdır.

Bütün РБМК tipli reaktorlar təchiz edilmiş stansiyalar kimi İnqalin AES də birkonturlu istilik sxeminə malikdir: qapalı dövrə üzrə sirkulyasiya edən və reaktora daxil olan yüngül suyun qaynaması nəticəsində, 6.5 MPa təzyiqli suya doymuş burax əmələ gəlir və turbinə ötürülür.

Stansiyanın ilk növbəsi 2 enerji blokunu əhatə edir.

Bir reaktorlu bloka 750 MVt gücü olan iki turbin quraşdırılır. Hər enerji blokunda nüvə yanacağının daşınması üçün sahə və idarəetmə pultu nəzərdə tutulmuşdur. Maşın zalı, qaztəmizləmə sahəsi və suyun hazırlanması sistemi bütün enerji bloklarının ümumi istifadəsindədir. İstismar müddəti ərzində stansiya Litvanın enerjiyə olan tələbatının 70%-ni ödəyirdi.