İqnasio Tapia Bustamante (22 fevral 1999-cu ildə anadan olub) — Çili Primyera Diviziya təmsilçilərindən olan Uaçipato klubunda müdafiəçi kimi çıxış edən peşəkar Çili futbolçusudur.
Tapia ilk dəfə Çili millisinə 2017-ci ilin iyun ayında Burkina-Faso millisi ilə yoldaşlıq oyunu üçün çağırılmışdır. O, oyun zamanı ehtiyat skamyasında əyləşmiş və meydana daxil olmamışdır. Həmin görüşdə Çili rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.[1]