Avropanın ən yaxşı futbol klubu Çempionlar Liqasında müəyyən edildiyi kimi Cənubi Amerikanın ən güclü komandası Libertadores Kuboku uğrunda yarışlarda məlum olur. Bu rəsmi olaraq "Kopa Libertadores de Amerika" – Amerikanı Azad edənlər Kuboku adlanır.
Libertadores Kuboku uğrunda birinci yarışlar 1960-cı ildə keçirilmişdir. Maraqlıdır ki, onun təşkilatçıları birinci turniri 1956-cı ildə başa çatmış Avropa Çempionları Kubokunun ən yaxşı cəhətlərini götürməyə çalışıblar.
1988-ci ilə qədər Libertadores Kubokunda bir qayda vardı: əgər finallarda rəqiblərin hər ikisi hərəyə bir qələbə qazanırdılarsa, onda hesabdan asılı olmayaraq onlar əlavə — üçüncü oyunu keçirmirdilər. Lakin sonra təşkilatçılar çempionu normal üsulla müəyyən etməyi qərara aldılar: finalda qələbələr bərabər olanda vurulan toplar nəzərə alınırdı, onlar da bərabər olanda matçdan sonra penaltilər vurulurdu.
Futbol haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |