İqnatiyev dağı (bolq. Игнатиев връх, ‘Ignatiev Vrah’ \i-'gna-ti-ev 'vr&h\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 1220 m hündürlüklü dağdır. Dağ Srednoqori zirvələrində yerləşmişdir.[1]
Zirvə cənubi Bolqarıstanda yerləşən İqnatiyev qraflığının adını daşıyır. Həmin ərazi isə öz adını Rusiyalı diplomat Nikolay İqnatiyevdən (1832-1908) götürmüşdür.
İqnatiyev dağı 63°36′37″ c. e. 58°39′10″ q. u. koordinatlarında yerləşmişdir. Korner zirvəsindən 3.3 km cənub-şərqdə, Henson təpəsindən 8.96 km cənub-şərqdə, Sirius təpəsindən 12.1 km şimalda, Kroun zirvəsindən 7.17 km cənub-qərbdə, Trayan qapısından şərqdə, Malorad buzlağından şimalda, Russell Vest buzlağından cənubda yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.