İqtisadi səmərəlilik

İqtisadi səmərəlilik — insan fəaliyyətinin nəticələrinin, məhsulların və ya xidmətlərin istehsalı ilə əmək və istehsal üçün vəsaitlərin nisbəti ilə müəyyən edilən dəyər.

Pol SamuelsonVilyam Nordhausun tərifinə görə, iqtisadi səmərəlilik faydaları (əmtəə) və xərcləri daim əlaqələndirərək, eyni zamanda rasional davranaraq mövcud resurslardan maksimum dərəcədə potensial fayda əldə etməkdir. Məhsulların istehsalçısı və istehlakçısı öz faydalarını maksimuma çatdırmaqla və xərcləri minimuma endirməklə ən yüksək səmərəliliyə can atırlar.[1]

Şirkətlərin səmərəliliyinin etikası aşağıdakıların kombinasiyasını əhatə edir:

  • müştəriləri üçün ən yüksək dəyəri yaratmaq;
  • sahibləri üçün gəlirlilik;
  • işçilər üçün cəlbedici əmək haqqı ilə birlikdə özünüreallaşdırma və böyümə imkanları.[2]
  1. Самуэльсон П., Нордхаус У. Экономика. М.: Вильямс. 2014. 55. ISBN 978-5-8459-1714-0..
  2. Джон Катценбах, Дуглас Смит. Командный подход: Создание высокоэффективной организации. М.: Альпина Паблишер. 2013 [The Wisdom of Teams]. ISBN 978-5-9614-4390-5.