Pol Samuelson

Pol Antoni Samuelson (15 may 1915[1][2][…], Geri, İndiana[8]13 dekabr 2009[3][4][…], Belmont[d], Massaçusets[9][10][…]) — amerikalı iqtisadçı. 1970-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Pol Samuelson
ing. Paul Anthony Samuelson
Doğum tarixi 15 may 1915(1915-05-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 13 dekabr 2009(2009-12-13)[3][4][…] (94 yaşında)
Vəfat yeri
Elm sahəsi makroiqtisadiyyat
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Elmi rəhbərləri Yozef Şumpeter, Vasili Leontyev
Tanınmış yetirməsi Robert Merton
Üzvlüyü
Mükafatları İqtisadiyyat üzrə Nobel mükafatı
ABŞ Milli Elmlər medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pol Samuelson 1915-ci ildə İndiana ştatıda anadan olub. Çikaqo Universitetini bitirib (1935), Harvard Universitetində magistr və doktorluq elmi dərəcəsi alıb (1941). 1940-cı ildə Massaçusets Texnologiya İnstitutunun müəllim heyətinin tərkibinə daxil olub. Pol Samuelson Con KennediLindon Conson kimi prezidentlərin müşaviri olub. Uzun illər "News week" jurnalında köşə yazıları ilə çıxış edib. 1947-ci ildə Amerika İqtisadi Dərnəyinin Con Beyts Klark medalı ilə mükafatlandırılıb. 1951-ci ildən Amerika İqtisadi Dərnəyinin rəhbərliyinə yüksəldi və həmin dərnəyin nəşr etdiyi "İqtisadiyyat" jurnalına (ing. Economics) redaktor seçildi. Bu dövrdən sonra yazdığı məqalələrdə iqtisadi problemlərin həlli yollarını göstərdi. Dövlətin biliyinə önəm verdiyi biri kimi tanındı.

Pol Samuelson iqtisadiyyat üzrə Nobel mükafatını almış ilk amerikalı olub. Nobel mükafatı ona 1970-ci ildə — mükafat təsis olunandan 1 il sonra təqdim edilib. O, XX əsrin ikinci yarısında iqtisadiyyat elminin aparıcı nümayəndələrindən biri kimi tarixə düşüb. İqtisadi tarixçi Rendal Parker onu "Çağdaş İqtisadiyyatın atası" adlandırıb.[11] O, The New York Times qəzeti tərəfindən "XX əsrin ən böyük iqtisadçıları" arasında daxil edilib.[12]

Onun əsas nailiyyətlərindən biri kimi qiymətin formalaşması, tələb və təklif arasında qarşılıqlı əlaqənin analizinə riyazi metodları tətbiq etməsi olub. Samuelson riyaziyyatın iqtisadi analiz üçün əhəmiyyətini dəfələrlə qeyd edirdi. Özünün 1947-ci ildə yazdığı "İqtisadi təhlilin əsasları" (ing. Foundations of Economic Analysis) işində Samuelson bu peşənin sahiblərini "ən eybəcər şəkildə beyin idmanı" vərdişinə görə tənqid edirdi və onları "heç bir yarışda iştirak etməyən idmançı" ilə müqayisə edirdi.

Samuelson Massaçusets Texnologiya İnstitutunun iqtisadi təmayül statusunun müasir səviyyəyə çatdırılmasında əvəzedilməz rol oynayıb. FES rəhbəri Ben Bernanke, İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Kruqman, ABŞ prezidentinin iqtisadi müşavirlər qrupunun sədri Kristina məhz həmin məktəbin məzunları olublar.

Samuelsonun vizit kartı olan "İqtisadiyyat: təhlilə giriş" (ing. Economics: An Introductory Analysis) dərsliyi ilk nəşrindən — 1948-ci ildən bəri 40 dilə tərcümə olunub və 4 milyon nüsxədən çox sayda satılıb.

Pol Samuelson 13 dekabr 2009-cu ildə qısa çəkən xəstəlikdən sonra 94 yaşında öldü.

Önəmli əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Multiplikar təhlil və onun sürətlənməsi qanunu arasında qarşılıqlı əlaqə — İqtisadiyyat və Statistikaya baxış (1939).
  • İqtisadi təhlilin əsasları (1947).
  • İqtisadiyyat: təhlilə giriş (1948). Dəfələrlə redaktə olunaraq təkrar çap olunmuşdur. Sonuncu dəfə 2004-cü ildə 18-ci dəfə redaktə olunub (ISBN 0-07-074741-5).
  • Tarazlı artıma əsaslanan sabit hasilat şkalası (R.M.Solov ilə birlikdə) (1953).
  • Ekonometrika (1953).
  • İqtisadi oxular (1955).
  • Linear proqramlaşdırması və iqtisadi təhlili (R.Dorfman və R.M.Solov ilə birlikdə) (1958).
  • Neoklassik nəzəriyyədə Pasinetti paradoksu və bir sıra əsas modellər (1966).
  • İqtisadiyyat və Statistikaya baxış (1966).

İqtisadiyyat üzrə Nobel mükafatı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]