Bu məqalənin sonunda mənbə siyahısı var, ancaq mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
Mövlan Məzahir oğlu Əliyev - Azərbaycanlı mayor.
Mövlan Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 iyun 1909 |
Doğum yeri | |
Vəfat tarixi | 12 oktyabr 1971 (62 yaşında) |
Vəfat yeri |
Əliyev Mövlan Məzahir oğlu 17 iyun 1909-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1926-cı ildə FZO məktəbini bitirdikdən sonra, təhsilə olan marağı onu 1930-cu ildə "Lassal" adına Bakı Neft Texnikumuna gətirir, sonra isə 1937-ci ildə Bakı Neft İnstitutunu bitirir. Bir neçə il neft sahəsində işlədikdən sonra M.Əliyev 1939-cu ildə Bakıda Kirov adına Sənaye Akademiyasını bitirib, 1940-cı ildə "Körgöz" rayonuna ikinci katib təyin edilir.
1941-ci ildə o, ailəsi ilə birlikdə Moskvaya V.I.Lenin adına Hərbi-Siyasi Akademiyada təhsilini davam etdirməyə yollanır. Həmin ildə də Moskva şəhərində ÜIK(b)P MK-nın 6 aylıq kursunu bitirir.
Mayor Əliyev Mövlan Məzahir oğlu 1971-ci il oktyabrın 12-də 62 yaşında ürək xəstəliyindən vəfat edir.
O, ailəsini Bakıya yollayaraq, hərbi komissarlığa ərizə yazıb cəbhəyə könüllü göndərilməsini xahiş edir. 1941-ci ilin sonunda — 1942-ci ilin əvvəllərində Şimal-Qərb cəbhəsinin bazasında 52-ci atıcı briqada yaradılır və həmin briqadanın batalyon komissarı mayor Əliyev Mövlan təyin olunur.
1942-ci ilin may ayında 780-ci Artilleriya alayının komandir müavini təyin edilir, həmçinin də 207-ci Don və Stalinqrad cəbhəsinin atıcı diviziyasında vuruşur. Qvardiyaçı mayor M.Əliyev 1942-ci il sentyabrın 13 -dən Stalinqrad (indiki Volqoqrad) döyüşlərində topçu komandiri kimi iştirak etməyə başlayır. Həmin ilin noyabr ayında o, Stalinqrad şəhərində iki ayağından da yaralanır. Amma buna baxmayaraq döyüşlərə davam edir.
1943–1944-cü illərdə M.Əliyev 27-ci qvardiyanın 54-cü atıcı diviziyasının siyasi hissəsinin topçuluq üzrə divizion komandirinin müavini kimi döyüşməkdə davam edir. 1944–1945-ci illərdə atıcı alayının komandiri olmuş mayor Mövlan Əliyev 1944-cü ilin iyun ayında Polşanın Visla çayı ətrafında sağ ayağından güllə yarası alır. Həmin ilin noyabr ayında isə Estoniyanın Narva çayı ətrafında gedən döyüşlərdə kontuziya alır.
Mayor Mövlan Əliyevi Almaniyada qazanılmış qələbənin keşiyində durmaq üçün ilk azərbaycanlı olaraq 1945-ci ilin fevralından Bilzen şəhərinin Şverin rayonunun hərbi komendantı təyin edirlər. Ailəsi ilə birlikdə Almaniyada yaşayan Mövlan Əliyev sonraki illərdə Maqdeburq mahalının Blankerburq şəhərində kənd təsərrüfatı üzrə hərbi komendantın köməkçisi və 1946–1947-ci illərdə Veniqerod, Maqdeburq mahalının Hərbi Komandanlıüında plan-uçot şöbəsinin müdiri işləyir.
Mövlan Əliyev 1948-ci il avqustun 15-də Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsində direktor müavini təyin edilir. M.Əliyev 1948–1952-ci illərdə baş mühəndis vəzifəsindən tutmuş buruq ustası, sex rəisi, sahə müdiri, mədən müdiri vəzifələrində çalışır. O, Duvannı, Qobu, Novxanı, Corat, Bilgəh, Fatmayı və s. kimi yerlərdə neft sahələrində çalışıb. Son iş yeri Qum adası olur və sonra da o, təqaüdə çıxır.
1955-ci il fevralın 15-də isə kənd əhalisinin istəyi ilə Əmircanda Kənd Soveti sədrinin müavini seçilir.