İrəvanın mühasirəsi (1808)

İrəvan şəhərinin mühasirəsi (1808)Birinci Rus-Qacar müharibəsi zamanı 1808-ci ilin oktyabrından noyabrına qədər baş vermiş mühasirə döyüşü. 1804-cü ildəki mühasirə kimi bu mühasirədə də İrəvan əhli öz doğma şəhərini uğurla müdafiə etdi və ruslar geri çəkilməyə məcbur oldular.[1][2]

İrəvan şəhərinin mühasirəsi (1808)
Rusiya–Qacar müharibəsi (1804–1813)
Fətəli şah Qacarın fransız general Qardenə yazdığı məktub. Məktubda ruslara qarşı birgə əməliyyat təklif edilir.
Fətəli şah Qacarın fransız general Qardenə yazdığı məktub. Məktubda ruslara qarşı birgə əməliyyat təklif edilir.
Tarix 1808
Yeri İrəvan xanlığı
Səbəbi Rusiyanın İrəvanı ələ keçirmə istəyi
Nəticəsi Qacarlarınİrəvan xanlığının qələbəsi
Münaqişə tərəfləri

Rusiya Rusiya imperiyası

Qacar dövləti
İrəvan xanlığı

Komandan(lar)

Rusiya İvan Qudoviç

Abbas Mirzə
Hüseynqulu xan Sərdar
Həsən xan Qacar

Tərəflərin qüvvəsi

Bilinmir

Bilinmir

İtkilər

3 min (mini ölüm)

Bilinmir

İrəvan şəhərinin mühasirəsinin tarixi və gedişatı haqqında

[redaktə | mənbəni redaktə et]

Çar qoşunlarının İrəvan şəhərinə olan yürüşü əlverişli mövsümün sonunda və ləvazimat baxımından pis təşkil edilmişdi. Ruslar düz 6 həftəlik mühasirədən sonra uğursuzluğa düçar oldular. Min nəfərin ölümü daxil olmaqla, üç min itki verdikdən onlar sonra geri çəkildilər.[1][3]

Rus marşalı İvan Qudoviç uğursuzluğuna bəhanə gətirmək üçün irəvanlılara fransız hərbçilərin yardım etdiyini bildirdi, lakin onun üst komananları vəziyyətin belə olmadığının fərqində idilər.[3]

Rusiya çarı I Aleksandr marşal İvan Qudoviçin etdiyi bu hərbi yürüşün böyük uğursuzluqla nəticələnməsini duyduqdan sonra ona çox qəzəbləndi, onun yürüşünü "Axmaqlıq" adlandıraraq heç bir kompensasiya olmadan İvan Qudoviçi təqaüdə göndərdi.[4]

  1. 1 2 Behrooz, 2013. səh. 58
  2. Kettenhofen, Bournoutian və Hewsen, 1998. səh. 542-551
  3. 1 2 Mikaberidze, 2020. səh. 438
  4. Atkin, 1980. səh. 77
  • Atkin, Muriel. Russia and Iran, 1780–1828. University of Minnesota Press. 1980. ISBN 978-0-8166-0924-6.
  • Behrooz, Maziar. From confidence to apprehension: early Iranian interaction with Russia // Cronin, Stephanie (redaktor). Iranian-Russian Encounters: Empires and Revolutions Since 1800. Routledge. 2013. ISBN 978-0-415-62433-6.
  • Kettenhofen, Erich; Bournoutian, George A.; Hewsen, Robert H. EREVAN // Encyclopaedia Iranica, Vol. VIII, Fasc. 5. 1998. 542–551.
  • Mikaberidze, Alexander. The Napoleonic Wars: A Global History. Oxford University Press. 2020. ISBN 978-0-19-995106-2.