Corc Burnutyan (ing. George A. Bournoutian); 25 sentyabr 1943, İsfahan – 22 avqust 2021, Nyu-Cersi – erməni əsilli Amerikan tarixçisidir. Ermənistan, Qafqaz, Orta Asiya, Cənubi Asiya, Rusiya, Avstraliya və Cənubi Amerika tarixi üzrə ixtisaslaşır. Burnutyan İranika ensiklopediyasında bir neçə məqalənin müəllifidir.
Corc Burnutyan | |
---|---|
Doğum tarixi | 25 sentyabr 1943 |
Doğum yeri |
|
Vəfat tarixi | 22 avqust 2021 (77 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | professor, tarixçi |
Vikianbarda əlaqəli mediafayllar |
İlk ali təhsilini Tehranda alan Burnutyan təhsilini davam etdirmək üçün ABŞ — a yollanıb, burada Los Anceles universitetində, Riçard Hovanissyanın tələbəsi olub. Los Anceles universitetində Corc Burnutyan bakalavr, (diplom işinin mövzusu "XVII əsrdə İsfahanın erməni icması") magistr (diplom işinin mövzusu "Ermənilərin, gürcülərin və türk-tatar xalqlarının arasında siyasi və milli oyanışın yüksəlişi və onların 1905–07-ci illər Rusiya inqlabında rolu") və doktor (doktorluq işinin mövzusu "Rusiya işğalı öncəsi Şərgi Ermənistan") elmi dərəcəsini alır. IONA kollecində tarix üzrə baş professordur[1]. Ermənistan tarixinə dair bir çox kitabın müəllifidir. Kolumbiya universitetində, Taft universitetində, Nyu-York universitetində, Nyu-Cersi dövlət universitetində, Konnektikut universitetində, Ramalo və Glendeyl kollecində Ermənistan tarixindən dərs deyib. Burnutyan 5 dil bilir (həmçinin tür və azərbaycan dillərini).
"Çoxumuz (amerikadan olan tarixçilər) hiss edirik ki, bizim obyektiv fikrimiz təbliğatçılarla (Ermənistandakı tarixçilər nəzərdə tutulur) aramızda uçurumun yaranmasına gətirib çıxarır"
"Bir sıra erməni tarixçisinin 1830-cu illərdən sonrakı dövrə aid statistika haqqında danışanda Şərgi Ermənistanda İran hömkranlığı zamanı ermənilərin əhalinin ümumi sayının 30 % dən 50 % kimi göstərməsi düzgün qiymətləndirmə deyil". Əslində isə, rəsmi statistik məlumatlara əsasən, Rusiya fəthindən sonra bu ərazilərdə ermənilərin sayı heç 20 % çatmırdı, əhalinin ümumi sayının 80 % isə müsəlmanlar təşkil edirdi. İstənilən halda bu ərazi Rusiyanın nəzarətinə keçməmişdən əvvəl ermənilər burada heç zaman əhalinin çox hissəsini təşkil etməyib. Baxmayaraq ki, ümumi siyahıya alma bir neçə mahalda ermənilərin çoxluq təşkil etdiyini göstərir, bu vəziyyət həmin ərazilərdən 35 min müsəlmanın köçüb getməsindən sonra yaranmışdı. Beləliklə İran hökmranlığı dövründə ermənilərin hər hansısa bölgədə çoxluq təşkil etmələri haqqında heç bir sübut yoxdur. Demək olar ki, ermənilərin yerli səviyyədə çoxluq təşkil etdiyi yeganə yer erməni dini mərkəzi Eçmiadzinin yerləşdiyi Kərbibasar mahalı olub. Minlərlə müsəlmanın köç etməsi və İran eləcə də Osmanlı İmperiyasından 57 min erməninn gəlməsi ilə 1832-ci ildə xristian əhalinin faiz nisbəti əhəmiyyətli dərəcədə çoxalır və müsəlmanların sayı ilə bərabərləşir. Bununla belə yalnız 1855–56 və 1877–78-ci illər rus türk müharibələrindən sonra, bölgədən çox sayda müsəlman əhalinin getməsi və bunun müqabilində çox sayda erməninin buraya köçməsi ilə ermənilər bölgə əhalisinin çox hissəsini təşkil etməyə başladılar. Hətda bu vəziyyətdə də XX əsrin əvvəllərinə kimi İrəvan əsasən müsəlman şəhəri kimi qalırdı. Alimin elmi işində göstərdiyi statistik məlumatlara əsasən 1826-cı ildə İrəvan xanlığında 54810 türk, 25237 kürd və burada yerləşən İran ordusunun və administrasiyasının nümayəndlərə olan 10000 yaxın fars yaşayırdı. Naxçıvan xanlığında isə 17138 türk və kürd, 3000 yaxın İran administrasiyası və ordusunun nümayəndələri və 2690 erməni yaşayırdı. Ordubadda 7664 müsəlman və 2388 erməni yaşayırdı. Beləliklə bütövlükdə 1826-cı ilə aid statistik məlumatlara əsasən "Şərqi Ermənistanda" müsəlmanların sayı 117849 ermənilərin isə 25151 idi[2].