İrəvan karvansaraları

İrəvan karvansaralarıİrəvan şəhəri Qafqazın mühüm ticarət mərkəzlərindən olduğu üçün burada çoxlu karvansaralar var idi. Şəhərin ruslar tərəfindən işğalından sonra İ. Şopen 1829–1832-ci illərdə şəhərdə hələ mövcud olan belə karvansaralardan 7-i qeydə almışdır. Bişmiş kərpicdən tikilmiş və əsasən şəhərin mərkəzində, Bazar meydanının ətrafında yerləşən bu karvansaralar XVI–XVIII yüzillərin yadigarı olmaqla Azərbaycan-türk mədəniyyətinin parlaq nümunələridir.[1]XIX əsrin sonlarına İrəvan şəhərində 20-ə yaxın karvansara mövcud olmuşdur. İrəvan xanlığında şəhər və yol karvansaraları olmaqla iki növ karvansara mövcud olmuşdu. Müharibələr dövründə və baxımsızlıq üzündən karvansaraların bəzisi dağılsa da, İrəvan şəhərində 7 karvansara salamat qalmışdı. Bu karvansaralar bişmiş kərpicdən, yonulmuş bozalt və mərmərdən inşa olunmuş və görünüşləri əla idi.[2] Hər bir karvansaranın ətrafında dükanlar cəmləşmişdi. Şəhər karvansaraları və onların ətrafında olan dükanlar bunlar idi.[3] Karvansaralarən müəyyən hissələri müxtəlif adamlara, digər hissəsi isə xəzinəyə aid idi. Xəzinə karvansaraları icarəyə verilirdi.[4][5]Karvansaralarda cəmi 252 dükan var idi. Orta əsrlərdən etibarən İrəvan şəhəri karvan yollarının kəsişdiyi məkanda yerləşdiyi üçün burada çoxlu karvansaralar və ticarət meydanları salınmışdı. Daşdan hörülmüş, ortasında kvadratşəkilli meydançaları, su hovuzları olan karvansaralar İrəvanın gözəl tikililərindən hesab olunurdu. XIX əsrin əvvəllərində İrəvanda 7 karvansara mövcud olmuşdur. Gürcü, Culfa, Zərrabi xan (Sərrafxana), Avşar, Tahir, Sulu, Susuz, Hacı Əli karvansaralarında üstüstə 851 köşk mövcud olmuşdur.

Karvansaraların vergisi[redaktə | mənbəni redaktə et]

İcarədar tacirlər iki adda vergi verirdi.

  • Birinci vergi — daxildə və xaricdə istehsal edilən mallardan alınırdı ki, bu verginin özü də iki qismə bölünürdü:

a) əgər tacir karvansarada malını bir yerdən satırdısa, hər tümənə 1 şahı olmaqla "havayı" adlanan vergi; b) yox əgər tacir malını satmadan aparırdısa, hər yükünə 4 şahı olmaqla "saxlama" vergisi adlanan vergi ödəyirdi.

  • İkinci vergi yolçu tacirdən alınan vergi idi. İcarədar yolçu tacirlərdən gününə 4 şahı, karvansaranın tövləsində saxlanılan hər dəvə, at, kəl və eşşəyə görə 1 şahı, hər çəltik və duz yükünə görə isə 2 şahı məbləğində pul alırdı.[6]
İrəvan karvansaralarının siyahısı
Sıra Adı Qeyd
1 Gürcü 78 dükanlı 24-ü şəxsi dükan
2 Culfa 38 dükanlı
3 Zöhrab xan 38 dükanlı
4 Tahir 74 dükan
5 Sulu 74 dükan
6 Susuz 74 dükan
7 Hacı Əli 40 dükan

Gürcü karvansarası[redaktə | mənbəni redaktə et]

Erməni tədqiqatçısı T. Hakopyana əsasən İrəvan şəhərindəki ən böyük və ən məşhur karvansara Gürcü karvansarası idi. Karvansarada 78 dükan mövcud idi ki, bunlardan 24-ü şəxsi dükan idi. Karvansaranın toponimindən görünür ki, bu tarixi abidə azərbaycanlılara məxsus olmuşdur. Hazırda Gürcü karvansarasının yerində "Sevan" adlı hotel tikilmişdir.[7]

Gürcü karvansarası

Culfa karvansarası[redaktə | mənbəni redaktə et]

Zöhrab xan karvansarası[redaktə | mənbəni redaktə et]

Tahir karvansarası[redaktə | mənbəni redaktə et]

Sulu karvansarası[redaktə | mənbəni redaktə et]

Hacı Əli karvansarası[redaktə | mənbəni redaktə et]

Yol karvansaraları[redaktə | mənbəni redaktə et]

Yol ilə şəhər karvansaraları bir-birinə görə fərqlənirdi. Şəhərdə bazar ətrafında cəmləşmiş karvansaralar tacirlər üçün həm mehmanxana, həm də mallarını satmaq üçün bazar hesab olunurdu. Müxtəlif yerlərdən İrəvana gələn tacirlər ilk olaraq karvansara ətrafında yerləşən boş dükan tutaraq mallarını bura yığırdı. Yol karvansaraları böyük yolların üzərində inşa edilirdi. Onlar tacirlərin, səyyahların və digər yolçuların gecələmək yeri idi.[8]

Yol karvansaralarının siyahısı
Sıra Adı Qeyd
1 Talın karvansarası Gümrü və Sərdarabadı birləşdirən yolun üzərindəki
2 Gərnigöy kəndindəki karvansara Tarixi Dərəçiçək mahalında Tiflis-İrəvan yolunda yerləşən
Göyçə mahalındakı karvansaralar
3 Hündür yerdə tikilmiş Qarahasar karvansarası
4 Çil kəndi yaxınlığındakı karvansara
5 Səlim karvansarası Tarixi Göyçə mahalı ilə Dərələyəz arasındakı

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri (Azərbaycan). səh. 186. 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-29.
  2. "İrəvan xanlığının iqtisadiyyatı". www.anl.az. İstifadə tarixi: 10 iyun 2023.
  3. "İrəvan şəhərinin kameral təsviri - 1831-ci il" (PDF). www.elibrary.az. 2022-07-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 iyun 2023.
  4. "Türkün qədim yurdu- İrəvan Xanlığının tarixi". goyce.az. İstifadə tarixi: 10 iyun 2023.
  5. Ələkbərli Əziz Yusif oğlu. Qərbi Azərbaycan abidələri. Bakı. 2006. səh. 227.
  6. "İrəvan karvansaraları". www.anl.az. İstifadə tarixi: 10 iyun 2023.
  7. Թ.Խ.Հակոբյան, Երևանի պատմությունը. . (1801–1879 թթ.). էջ 97-99.
  8. "İrəvan: tarixi məlumat". www.virtualkarabakh.az. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]