İrəvanda partlayış (2022)

2022-ci ildə İrəvanda partlayış — 14 avqust 2022-ci ildə yerli vaxtla saat 13:23-də Ermənistanın paytaxtı İrəvanın mərkəzində yerləşən "Sürməli" ticarət mərkəzində baş verən güclü partlayış. Partlayış geniş dağıntılara və yanğına səbəb olmuşdur. Bu zaman onlarla insan həlak olmuş və yaralanmışdır. 17 avqustda əldə edilən məlumata görə, hadisə nəticəsində 16 nəfər həlak olmuş, 61 nəfər yaralanmış, 9 nəfər itkin düşmüşdür.[4][5]

İrəvanda partlayış
Tarix 14 avqust 2022
Yeri
Qurbanlar
Ölənlərin sayı
Zədəlilər
İtkin düşmüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hadisə[redaktə | mənbəni redaktə et]

Ermənistanın paytaxtı İrəvandakı "Sürməli" ticarət mərkəzində atəşfəşanlıq anbarında partlayış baş vermişdir.[6] Hadisə nəticəsində böyük yanğın baş vermiş və bazarın çox hissəsi məhv olmuşdur.[7] Hadisə yerinə 200 yanğınsöndürən cəlb olunmuşdur.[8][9]

Cavab[redaktə | mənbəni redaktə et]

Hadisə nəticəsində zərərçəkənlərin adları ertəsi gün açıqlanmışdır.[10] Baş nazir Nikol Paşinyan İrəvan meri Hraçya Sarkisyan, fövqəladə hallar naziri Armen Pambuxçyan, xilasetmə xidmətinin direktoru Armen Qasparyan və Müfəttişlik Orqanlarının Koordinasiya İdarəsinin rəhbəri Artur Asoyanla birlikdə hadisə yerinə baş çəkmişdir.[11]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://mes.am/hy/accidents/item/2022/08/16/1030/.
  2. «Սուրմալուի» պայթյունից տուժած քաղաքացիներից 4-ը դեռ հիվանդանոցում են.
  3. «Սուրմալու»-ի պայթյունի հետևանքով անհետ կորած համարվող քաղաքացիներից մեկը նույնականացվել է.
  4. "Death toll in fireworks depot blast in Armenia reaches 7". ABC News (ingilis). 15 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-15.
  5. "Число жертв взрыва в ТЦ «Сурмалу» достигло 16: без вести пропали 9 граждан". panorama.am (rus). 1 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 August 2022.
  6. "Fireworks blast at Yerevan market kills 2, injures 60". ABC News (ingilis). 14 August 2022. 15 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-15.
  7. Armenia: Firework explosion kills five (ingilis), 15 August 2022 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-08-15
  8. "VIDEO : Firefighters douse the flames after an explosion at a market in Yerevan". euronews (ingilis). 15 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-15.
  9. "Fireworks explosion rocks Armenia shopping market". BBC News (ingilis). 15 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-15.
  10. "Victims of Surmalu blast identified". Public Radio of Armenia (ingilis). 15 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-15.
  11. "PM Pashinyan visits the scene of Surmalu blast". Public Radio of Armenia (ingilis). 15 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-15.