İradə Əlili

İradə Əlili (tam adı: İradə Zülfəli qızı Əliyeva; 20 aprel 1964, Azərbaycan) — Azərbaycan mədəniyyət işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, kitabxana-biblioqrafiya sahəsini tədris edən müəllimə, jurnalist, ictimaiyyətçi, Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Rəsul Rza" mükafatı laureatı, Prezident təqaüdçüsü.

İradə Əlili
Digər adı İradə Əliyeva
Doğum tarixi (59 yaş)
Doğum yeri Sabirabad, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası kitabxanaçılıq
Təhsili
Fəaliyyəti mədəniyyət işçisi, jurnalist
Mükafatları "Xan qızı Natəvan" mükafatı;
"Rəsul Rza" mükafatı

Həyatı[redaktə | mənbəni redaktə et]

1964-cü il 20 apreldə Sabirabad rayonunda anadan olub. Uşaqlığının və gəncliyinin bir hissəsi Azərbaycanın Sumqayıt şəhərində keçib. 1981-ci ildə Sabirabad rayonu 1 saylı orta məktəbi bitirdikdən sonra 1984-cü ildə Bakı Mədəni-Maarif Texnikumunun kitabxanaçılıq fakültəsinə daxil olmuş və 1986-cı ildə fərqlənmə diplomu ilə bitirmişdi. Daha sonra 1988-ci il Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinə daxil olmuş, 1994-cü ildə ali məktəbi bitirmişdir. Tarix elmləri üzrə fəlsəfə doktorudur.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İradə Əlili Rusiya, Türkiyə və s. ölkələrdə konfranslarda iştirak etmişdir. Həm kitabxanaçı, həm də bu sahəni tədris edən müəllimədir. Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinində müəllimə, Mədəniyyət Nazirliyinin mədəniyyət işçilərinin ixtisas artirma kursunda müəllimə işləmişdir. AMEA-nin dissertantı "Müasir dövrdə Azərbaycanda ekoloji problemlərin biblioqrafik informasiya təminatı" mövzusunda araşdırmaçıdır.

Hal-hazırda Respublika Elmi Tibb Kitabxanasında kitabsaxlayici şöbəsinin müdiri və həmkarlar komitəsinin sədridir. Əlili Azərbaycan Jurnalistlər Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin (PTİYİB) sədridir. 2020-ci ildə PTİYİB tərəfindən hazırlanmış "Gələcək müəllimlərin məktəbdə peşəyönümü işinin təşkilinə hazırlanması üzrə onlayn maarifləndirici tədbirlərin təşkili" layihəsinin rəhbəri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə PTİYİB tərəfindən hazırlanmış, 2020–2021-ci illəri əhatə edən "Təhsildən peşəyə" layihəsinin rəhbəri olmuşdur. "Simurq" Mədəniyyət Assosiasiyasının prezidentinin köməkçisi işləmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşan layihələrdə iştirakıː

  1. 2020-ci ildə "Gələcək müəllimlərin məktəbdə peşəyönümü işinin təşkilinə hazırlanması üzrə maarifləndirici onlayn tədbirlərin təşkili" — Layihə rəhbəri.
  2. 2021-ci ildə Ümumtəhsil məktəblərində "Gələcəyin peşələri" mövzusunda peşəyönümü tədbirlərinin təşkili — Layihə rəhbəri.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

"Günəş" uşaq jurnalı və "Savalan" uşaq qəzetində məqalələri çıxır. 40-dan çox elmi məqalə və tezis müəllifidir. İctimai mühitdə fəaldır və televiziya verilişlərində ekspert qismində iştirak edir. 9 kitab müəllifidir.

Kitablar[redaktə | mənbəni redaktə et]

  • "Mənim sevgi dünyam" (2013);[2]
  • "Dünya sevənlərindir" (2014);[3]
  • "Qarabağın Tutusu" (2015);[4]
  • "Döyüşçü qadının səngər xatirələri" (2015);[5]
  • "Güllə səsindən doğulan kitab" (2015);[6]
  • "Vətənin cəsur döyüşçüləri" (2015; əlavələr edilərək 2019-cu ildə yenidən çap olunmuşdur);
  • "Bir damla göz yaşında torpaq həsrəti" (2016) (Azərbaycan, 2021-ci ildə rus və ingilis dillərində əlavələr edilərək yenidən çap olunmuşdur);[7]
  • "Bir şeir istədim səndən" (2016);[8]
  • "Xocalı şahidlər danışır" (2018);[9]
  • "Gözlərinin salamını gözlədim"[10]
  • "Laçın həsrətim" (Azərbaycan, türk, rus, ingilis dillərində) (2021);[11]
  • "Və bir gün" esselər kitabı (Azərbaycan və türk dillərində) (2021);
  • "Zəfər yolu" (Azərbaycan və ingilis dillərində) (2021);
  • "Bir ömrün işığı" (Azərbaycan dilində) (2022);[12]
  • "Xocalı şahidlər danışır" (Holland dilində) (2022);[13]
  • "Kahraman Şehit Oğuz Özgür Çevik" (Türk dilində) (2022);[14]
  • "Dots… Точки…" (esselər kitabı) (Ərəb, rus, ingilis, urdu dillərində) (2022);[15]

"Mənim sevgi dünyam" kitabı 2015-ci ildə anadolu türkcəsinə tərcümə edilmiş və Türkiyədə nəşr olunaraq oxuculara təqdim olunmuşdur.

Elmi məqalələri[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanasında informasiya xidmətinin təşkili. Dövlət Elmi Tibb Kitabxanasının 7 aprel sağlamlıq gününə həsr olunmuş elmi-praktik seminarının tezisləri. Bakı, 07 aprel 2011-ci il, s. 7.
  • Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanasında tibbi ekoloji ədəbiyyatın qısa biblioqrafik siyahısı. "Azərbaycan təbabətinin müasir nailiyyətləri". Rüblük elmi-praktiki jurnal, Bakı, 2012, № 3, s. 97.
  • Ekologiya üzrə informasiya tələbatı həmin sahənin sənəd-kommunikasiya sisteminin əsas tərkib hissəsi kimi. Kitabxanaçılıq-informasiya fakültəsinin yaranmasının 65 illiyinə həsr olunmuş "Kitabxana-informasiya və nəşriyyat fəaliyyətinin müasir problemləri" adlı gənc tədqiqatçıların Respublika Elmi Konfransının tezisləri. Bakı, 18 may 2012-ci il, s. 33.
  • Azərbaycanın biblioqrafik verilənlər bazalarında ekologiyaya dair ədəbiyyatın əks olunması. Ekoloji 2012 Sempozyumu, Türkiyə. 03–05 Mayıs, 2012.
  • Kilis 7 Aralik Universitesi Fen Edebiyat Fakültesi Biyoloji Bölümü Sempozyum Bildiri Özetləri. Türkiyə. Kilis, 05 may 2012, s. 465.
  • Роль библотек в пропаганде экологических знаний. Материалы İV Международной научно-практической интернет–конференции. Ставрополь, 1 июня-5 октября 2012 г. ст 225.
  • Средства библиографического обслуживания в области екологических наук. Модернизация системы непрерывного образования. Международная научно практическая конференция, 29 июнь – 1 июль 2012, Махачкала 2012, ст. 142.
  • Информационные возможности библиотек в формировании экологической культуры населения. Мир науки, культуры ,образования. № 6 .2012.c.400–401
  • Ekoloji biliklərin təbliği. Zərifə xanım Əliyevanın 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublika Dövlət Elmi Tibb Kitabxanasında keçirlimiş elmi- praktik seminarın tezisləri.-Bakı, 2013–70 s.
  • Turizimin ekologiyaya müsbət və mənfi təsirləri. Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Ekoloji problemlər və ekoloji təhsil" mövzusunda Respublika elmi konfransının materialları (23 – 24 aprel 2013-cü il).-Bakı. ADPU,2013–197 s.
  • Ekoturizmin ətraf mühitə təsiri. Pedaqoji Universitetin xəbərləri № 3. Təbiət, humanitar və pedaqoji-psixoloji elmilər bölməsi.-Bakı, ADPU, 2013–498 s.
  • Ekoloji ədəbiyyatın mövcud vəziyyəti. Pedaqoji Universitetin xəbərləri № 4. Təbiət, humanitar və pedaqoji-psixoloji elmilər bölməsi. -Bakı, ADPU, 2013–471 s.
  • Ekologiya üzrə biblioqrafik informasiya sisteminin elmi- tədqiqatçılıq aspektlərinə dair. Pedaqoji Universitetin xəbərləri № 3. Təbiət, humanitar və pedaqoji-psixoloji elmilər bölməsi.-Bakı, ADPU, 2014–489 s.
  • Ekologiya üzrə biblioqrafiyanın bəzi məsələləri. Elmi əsərlər.№ 13 AMEA Mərkəzi Elmi Kitabxanası.-Bakı:Proqres, 2013–266 s.
  • Milli biblioqrafiyanın inkişafının bəzi məsələləri və Aazərbaycan kitabına dair milli biblioqrafik vəsaitlərdə ekologiyaya dair informasiyanın əks olunması xüsusiyyətləri. Bakı Qızlar Universitetinin elmi əsərləri. № 4 (20)-Bakı, 2014–184 s.
  • Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanasında tibbi ekoloji ədəbiyyatın qısa biblioqrafik siyahısı. Azərbaycan Təbabətinin müasir naliyyətləri № 3. Bakı, 2012–157 s.
  • Ekologiya və ətraf mühitin mühafizəsi üzrə cari biblioqrafik vəsaitlər sisteminin bəzi xüsusiyyətləri. Kitabxanaşünaslıq və biblioqrafiya. № 2 (35). Bakı, 2014–140 s.
  • Ekologiya və ətraf mühitin mühafizəsi üzrə biblioqrafik verilənlər bazasının yaradılmasının bəzi məsələləri. Kitabxanaşünaslıq və biblioqrafiya. № 1 (32). Bakı, 2013–147 s.
  • Azərbaycanda ekologiya üzrə biblioqrafik verilənlər bazasının yaradılması sahəsində kitabxanaların təcrübəsi. Kitabxanaşünaslıq və biblioqrafiya. № 2 (33). Bakı, 2013–167 s.
  • Содержание,формы и особенности деятельности библиотек по предоставлению экологической информации населению. Материали за 9-а международна научна практична конференция, "Новината за напреднали наука",17–25 мая, 2013. -София ,Бял ГРАД-БГ ООД, 2013–64 с.
  • Опыт формирования библиографической информационной системы по экологии в библиотеках Республики Азербайджан. Материалы IX Международный научной практический конфренция" Наука теория и практика" −2013 .-Przemysl, Nauka i studia, 2013–79 str.
  • Azerbaycanda çevrə ile ilgili bibliyografik veritabanının oluşturulması alanında kütüphanelerin deneyimi. Модернизация системы непрерывного образования. Сборник материалов VII Международной научно-практической конференции 10–12 июля 2015 года.- Махачкала, 2015–462 ст.
  • Библиотека и экологическая культура населения. Модернизация системы непрерывного образования. Сборник материалов V Международной научно-практической конференции 28–30 июня 2013 года .- Махачкала, 2015–464 ст.
  • Некоторые вопросы деятельность Азербайджанской Национальной Библиотеки им. М. Ф. Ахундова области экологической библиографии годы независимости. Сборник материалов V Международной научно-практической конференции 10–12 июля 2014 года .- Махачкала, 2014–643 ст.
  • Особенности формирования экологической библиографии в Азербайджане. Вектор науки. Тольяттинского государственного университета. Серия : Педаггика ,психология. 2013 № 4 (15). –Тольятти, 2013–238 ст.
  • Особенности отражения информация по экологии в национальных библиографических пособиях Азербайджана. Вектор науки. Тольяттинского государственного университета. Серия : Экономика и управления . 2015 № 3(22). –Тольятти, 2015–238 ст.
  • О научно-исследовательских аспектах х библиографицеской инфомационной системы по экологии. Мир науки, культуры, образования. 2013, № 4 (41)
  • Библиографическая информация по экологии в системе библиографичесих средств Президентской библиотеки Управления делами Президента Азербайджанской Республики. Гiлея: науковий вiснк. Збiрник наукових праць . –К. : ВIР УАН 2013 .- Випуск 79 (№ 12).-378 с.
  • Библиографическая информация по экологии в системе библиографичесих средств Президентской библиотеки Управления делами Президента Азербайджанской Республики. Актуальные проблемы гуманитарных и естественных наук. № 11(58) — ноябрь 2013. Часть II.
  • Особенности отражения информации по экологии в Национальной библиографической системе Азербайджанской республики. Мир науки, культуры, образования. 2015, № 6 (55). Индекс цитирования базы данных Ulrch s Periodicals Directory Нью-Джерси США.
  • Kitabxanalarda ekoloji ədəbiyyatın mövcud vəziyyəti . Azərbaycan Təbabətinin müasir naliyyətləri № 4. Bakı, 2015–257 s.
  • Milli biblioqrafiyanın inkişafının bəzi məsələləri və Azərbaycan kitabına dair milli biblioqrafik vəsaitlərində ekologiyaya dair informasiyanın əks olunması xüsusuyyətləri. Kitabxana-informasiya fəaliyyəti və fənlərarası inteqrasiya mövzusunda Beynəlxalq Elmi konfransın materialları (29 dekabr 2015-ci il). Bakı.2016–230 s.
  • Azərbaycanda Ekologiya Sahəsinin Tələbatçılarının Biblioqrafik təminatı: Müasir Vəziyyəti Və Təkmilləşdirilməsi yolları. (Monoqrafiya 2016-cı ildə çap olunub)

Mükafatlar[redaktə | mənbəni redaktə et]

  • "Xan qızı Natəvan" mükafatı
  • "Rəsul Rza" mükafatı

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İradə Əlili tarix elmləri üzrə fəlsəfə doktoru oldu". qht.az (az.). İstifadə tarixi: 2023-07-20.[ölü keçid]
  2. Kitab haqqında
  3. "İradə Əlili Dünya sevənlərindir". 2018-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-09.
  4. ""QARABAĞIN TUTUSU" adlı kitabın təqdimatı keçirildi". 2017-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-09.
  5. "Döyüşçü qadının səngər xatirələri" adlı kitabın təqdimatı oldu [ölü keçid]
  6. Səbail rayon MKS-nin 1 saylı filialının təşkilatçılığı ilə 16 saylı Texniki Humanitar liseydə şairə-yazar İradə Əlili ilə görüş keçirilib (Foto)
  7. Bir damla göz yaşında torpaq həsrəti [Mətn] /İ. Əlili, N. Tapdıqoğlu ;
  8. "Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində "Bir şeir istədim səndən" adlı kitabın təqdimatı". 2021-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-09.
  9. Xocalı şahidləri danışır
  10. "BAHAR GƏLMƏDİ BAĞRI YARALI QARABAĞIMA…- İradə Əlili". 2020-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
  11. ""Laçın həsrətim" kitabı millət vəkilinə təqdim edilib". 2021-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-02.
  12. "İradə Əlilinin "Bir ömrün işığı" kitabının təqdimatı keçirilib". 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-18.
  13. "İradə Əlilinin "Zəfər Yolu" təqdim olundu". 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-18.
  14. "Точки… [эссе]". 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-18.
  15. "Arxivlənmiş surət". 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-18.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]