Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
İradə Əliyeva (İradə Əbdül qızı Əliyeva; 21 sentyabr 1955, Bakı şəhəri, Azərbaycan SSR, SSRİ) — jurnalist, Rəsmi dövlət nəşri – "Azərbaycan" qəzetinin şöbə redaktoru, Əməkdar Jurnalist (2010), "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı[1].
İradə Əliyeva | |
---|---|
İradə Əbdül qızı Əliyeva | |
Doğum adı | İradə |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Əbdül Zeynalov |
Anası | Cəmilə Zeynalova |
Təhsili | S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti |
İxtisası | Jurnalistika |
Fəaliyyəti |
“Azərbaycan” qəzeti Şöbə redaktoru |
Fəaliyyət illəri | 1977–indi |
Mükafatları |
"Qızıl qələm" mükafatı Həsən bəy Zərdabi mükafatı |
İradə Əliyeva 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Bakıdakı 225 nömrəli orta məktəbi bitirmişdir. Həmin il ADU-nun Jurnalistika fakültəsinə daxil olmuşdur.
Ali təhsilini başa vurduqdan sonra 1977-ci ildə Azərbaycan KP MK-nın orqanı olan "Təşviqatçı" jurnalında işə başlamışdır. Dörd ay – 1977-ci ilin sentyabr–dekabr aylarında həmin mətbu orqanda korrektor vəzifəsində çalışmışdır.
1978-ci il yanvarın 16-dan "Azərbaycan müəllimi" qəzetində əvvəlcə tərcüməçi, sonra müxbir, baş müxbir vəzifələrində fəaliyyətini davam etdirmişdir.
Ailəlidir, iki övladı, iki nəvəsi var.
İlk yazıları məktəb illərində "Azərbaycan gəncləri" qəzetində cap olunmuşdur. "Azərbaycan müəllimi" qəzetində tərcüməçi-junalist kimi fəaliyyətinin ən məhsuldar dövrü 1990-cı ilə təsadüf edir. Həmin il akademik Ziya Bünyadovun 1937-ci ilin repressiya qurbanları haqqında olan məqalələrini tərcümə edib çapa hazırlamışdır.
1993-cü ildə Ziya Bünyadovun "Qırmızı terror" kitabı 10.200 tirajla nəşr olunmuşdur. İradə Əliyeva həmin kitabın tərcüməçisi və tərtibçisidir.
1993-cü ildən rəsmi dövlət qəzeti, Milli Məclisin orqanı "Azərbaycan" qəzetində çalışır. Əvvəlcə müxbir, "Elm, təhsil, səhiyyə" bölməsinin müdiri, 1997-ci ildən isə humanitar siyasət şöbəsinin redaktorudur. İctimai-siyasi, elm, təhsil, səhiyyə, mədəniyyət, qadın problemləri, repressiya qurbanları, görkəmli şəxsiyyətlərin həyatı və irsi ilə bağlı yüzlərlə məqalə və publisistik yazıların müəllifidir.
1983-cü ildən Jurnalistlər Birliyinin üzvüdür. Dəfələrlə Azərbaycan Jurnalistlərinin, Azərbaycan Qadınlarının və Azərbaycan Müəllimlərinin qurultaylarına nümayəndə seçilmişdir.