İran–Səudiyyə Ərəbistanı münasibətləri — Səudiyyə Ərəbistanı və İran arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında münasibəıtlər İran İslam İnqilabından (1979) sonra olduqca gərgindir. Səudiyyə Ərəbistanı tehranı Şiəliyi dəstəkləməkdə, İran isə Ər-Riyadı şiə azlığının hüquqlarını pozmaqda ittiham edir. Bununla yanaşı həcc ziyarətinin həyata keçirilməsində iranlı zəvvarlar üçün müəyyən problemlər yaranır. İkitərəfli münasibətlər (1988 və 2016) Səudiyyə Ərəbistanının təşəbbüsü ilə dayandırılmışdır. İki ölkə Çinin vasitəçiliyi ilə əldə olunan razılaşmadan sonra 10 mart 2023-cü ildə əlaqələrin bərpa olunduğunu elan etmişdir. Birgə bəyanatda onların səfirliklərinin iki ay ərzində yenidən açılacağı bildirildi. Razılaşmaya gedən yol bir neçə il ərzində İraqın ev sahibliyi etdiyi beş raund barışıq danışıqları ilə açılıb.
İran–Səudiyyə Ərəbistanı münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
İki ölkə arasında münasibətlər şah dönəmində normal şəkildə inkişaf edirdi. Hətta dostluq səviyyəsinə çatmışdı. İslam inqilabından sonra hakimiyyətə ifrat şiə tərəfdarı olanlar gəlir. Bu hadisə Səudiyyə Ərəbistanında həyəcan yaradıre. Buna səbəb isə ölkə əhalisinin şiələrdən neftlə zəngin bölgələrdə yaşaması olur. Üstəlik sünnilərə nisbətdə şiələr eyni hüquqlara sahib deyildilər. İslam inqilabı Səudiyyə şiələri arasında coşğuya səbəb olur. 1979-cu ilin dekabrında artıq Səudiyyə Ərəbistanının şiələrdən ibarət əhalisi tərəfindən nümayişlər təşkil edilir. Onlar neftin ABŞ-a satilmasına, şiələrin əzilməsinə etiraz edirlər. Üstəlik islam inqiulabını dəstəklədiklərini bəyan edirlər[1]. Növbəti il Səudiyyə Ərəbistanında 60-dan çox İranyönlü nümayiş təşkil edilir. ancaq İranın bu işdə əlinin olması isbat oluna bilmir. Səudiyyə İkitərəfli əlaqələr Səudiyyə Ərəbistanında olan sünni və şiələrin ümumi müqəddəs yerləri (Məkkə və Mədinıə) ətrafında mübahisə ilə əlaqədar olaraq daha da gərginləşmişdir. 1983-cü ildə iranlı nazir Məhəmməd Hatəmi müqəddəs şəhərlərin bütün müsəlmanlara aid olduğunu və həccin isə dialoq üçün ən yaxşı platform olduğunu söyləmişdir. Buna baxmayaraq müqəddəs yerlər ətrafında mübahisə davam ettməkdə idi. 31 iyul 1987-ci ildə Həcc zamanı polislə qarşıdurmalar baş verir. Nəticədə 402 nəfər ölür. bunun isə 375 nəfəri iranlı zəvvarlar idi. Səudiyyə Ərəbistanı və ərəb ölkələrinin çoxu bu məsələdə İranı qınadılar. Tehran isə hər şey görə Səudiyyə səlahiyyətlilərini günahlandırırdı. 1988-ci ilin mart ayında həcc ətrafında mübahisələr davam edsərkən Səudiyyə Ərəbistanı və İslam Əməkdaşlıq Təşkilatı birlikdə İran üçün illik həcc kvotanını 55 min nəfər olaraq müəyyən edir. İran isə 150 minlik kvota tələb edirdi. 1988-ci ilin aprel ayında Səudiyyə Ərəbistanı İranla münasibətləri kəsdi və Tehran həcc ziyarətini boykot etməyi qərara aldı. Yalnız 1991-ci ilin martında ikitərəfli münasibətlər bərpa edildi və İrana 105 min zəvvar üçün kvota müəyyən edildi.
Ərəb baharından sonra vəziyyət tamamən dəyişir. 2011-ci ilin mart və noyabr ayları baş verən şiə mitiqləri hökumət tərəfindən amansızlıqla dağıdılır. 2012-ci ildə şiə lideri Nimr ən-Nimr həbs edilir. 2016-cı ilin yanvarında o və 46 nəfər edam edilir[2]. Bu İran tərəfdən sərt etirazla qarşılanır. İranın dini lideri Əli Xamenei edamı pisləmişdir[2]. 3 yanvar tarixində isə Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi bir qrupun hücumuna məruz qalır[3], Məşhəddə isə konsulluq hücuma məruz qalır[4]. Buna cavab olaraq Səudiyyə Ərəbistanı İranla münasibətləri pozur və onu krallığın daxili işlərinə müdaxilə etməklə günahlandırır.