Türkiyə–İran münasibətləri — Türkiyə və İran arasındakı ikitərəfli diplomatik münasibətlər. İki ölkə arasında dövlət sərhədlərinin uzunluğu 534 km-dir[1].
Türkiyə–İran münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
1979-cu ildə İranda İslam İnqilabı baş verməsinə baxmayaraq Türkiyə ilə münasibətlər bundan sonra qorundu və yeni ciddi problemlər yaranmadı. İslam İnqilabından əvvəl İran Türkiyə və Pakistanında daxil olduğu Mərkəzi Müqavilə Təşkilatının (Böyük Britaniya və ABŞ da müşahidəçi qismində daxil olmaqla) üzvü olmuşdur. Onlar habelə Regional İnkişaf Əməkdaşlıq Təşkilatında birgə fəaliyyət göstərirdilər. İslam İnqilabından sonra İran hər iki qurumdan çıxmışdır. Ancaq İranın Pakistan və Türkiyə ilə iqtisadi əlaqələri xeyli genişlənir. Bu iki ölkə İranın vacib ticarət tərəfdaşlarına çevrilmişdir. Türkiyə eyni zamanda, Avropa ilə İran arasında avtomobil və dəmir yolu ilə çatdırılan malların əsas tranzit xətti üzərində yerləşir. Türkiyə və Pakistanla ticarətin artması onların coğrafi mövqeyi, habelə İranın sənayeləşmiş ölkələrdən idxalın İslam dövlətləri və üçüncü dünya ölkələrinin idxalı xeyrinə azaldılması ilə izah edilirdi[2].
1991-ci ildən bəri kürd məsələsi də Türkiyənin İran və Suriya ilə münasibətlərində mühüm rol oynamağa başladı. Ankara Dəməşq və Tehranın kürd məsələsindən istifadə edərək Türkiyəyə təzyiq göstərməsindən və münasibətlərdə narahatlıq doğuran digər məsələlərdə güzəştə getməsindən ehtiyat edəcəyindən narahat idi. 1923-cü ildə qurulduğu andan İranla nisbətən yaxın siyasi və diplomatik əlaqələrə sahib olmuşdur. 1979-cu ildə İranda İslam İnqilabı baş verdi və ölkənin yeni rəhbərliyi dünyəvi hökumətləri (o cümlədən Türkiyə) pis bir şey kimi qəbul etdirdi. Müsəlmanların onlara qarşı mübarizə aparmalı olduğunu düşünürdülər. 1980-ci və 1990-cı illərin əvvəllərində ikitərəfli ticarət hər iki ölkə üçün vacib olaraq qalırdı. Problemlərdən biri 1980-ci illərdə ölkəsindən qaçan minlərlə iranlının Türkiyədə olması idi: dini hökumətə qarşı çıxan və ya İran-İraq müharibəsi (1980-88) əsnasında hərbi xidmətdən yayınmaq istəyənlər. Tehran bu insanları "terrorçu" adlandırdı və vaxtaşırı onlara sığınacaq verən Ankaraya təzyiq göstərməyə çalışdı. Türk hərbiçiləri, Türkiyədəki İran müxalifət liderlərinin öldürülməsinin arxasında İran xüsusi xidmət orqanlarının dayandığından narahatlıqlarını ifadə etdi. Türkiyə İranın onun NATO-ya üzvlüyünü tənqid etməsini qəbul etmir, İranın Suriya ilə müttəfiqliyini və Ermənistanla əməkdaşlığını mənfi yanaşır. Həmçinin İranı Azərbaycanda və Orta Asiyada nüfuz sahibi olmasından nartahatlıq keçirirdi. Türkiyə liderləri hesab edir ki, İran Kürdüstan Fəhlə Partiyasını (PKK) dəstəkləyir və bu terrorçuları öz ərazilərində sığınacaq və bazalarla təmin edir[3]. 1987-ci ildə Türkiyənin İraqın şimalını bombalamasına İranın etiraz etməsi, PKK ilə əlaqələri barədə ilk şübhələri ortaya çıxartdı. İran bu hücumu qınadı və bu ölkə ilə müharibə olmasına baxmayaraq İraqın suverenliyinin pozulduğunu vurğuladı. Halbuki bu ərəfələrdə İran silahlı qüvvələri İraqın cənub hissəsini işğal etmişdi. Səddam Hüseyn rejiminə qarşı vuruşan və İran kürd müxalifətini boğmaq üçün İranla əməkdaşlıq edən kürd silahlı dəstələrinin nümayəndələri hava hücumuna məruz qaldıqları üçün İran Türkiyənin müdaxiləsinə qarşı çıxdı. Daxili və beynəlxalq kürd siyasətinin bu mürəkkəb qarışıqlığı sonrakı illərdə Türkiyə və İran üçün çətinliklərə səbəb oldu. Ancaq 1992-ci ildən başlayaraq Türkiyə və İran siyasətçiləri tədricən kürd silahlı dəstələri haqqında ortaq bir fikrə gəldilər. Çünki İraq ərazisindən kürdlər təkcə Türkiyəyə deyil, həm də İrana hücum etməyə başladılar. Buna cavab olaraq İran türk əməliyyatlarına qatıldı və Şimali İraq ərazisini bombalamağa başladı. 1993-cü ildə İran bölgədə təhlükəsizlik sahəsində əməkdaşlıq təklifini müsbət qəbul etdi, eyni zamanda İraq Kürdüstanının müstəqilliyinin qətiliklə tanınmaması ilə bağlı Türkiyənin mövqeyini dəstəklədi.
Ölkələr İqtisadi Əməkdaşlıq Təşkilatına üzvdür. Türkiyəyə İrandan şoxlu sayda turist gəlir. Bu isə Türkiyə iqtisadiyyatına müsbət təsir göstərir.
2000-ci illərdə ikitərəfli ticarət kəskin şəkildə artmışdır. 2001-2011-ci illərdə Türkiyənin İrana illik ixracatı 361 milyon dollardan 3,590 milyard dollara yüksəldi[4]. Bu müddət ərzində İranın Türkiyəyə ixracının illik dəyəri 840 milyon dollardan 12.462 milyard dollara yüksəldi[5]. Türkiyə İrandan təbii qaz idxal edir (ildə 10 milyard kubmetr, ehtiyacının 30 faizini ödəyir). 2001-ci ildə Təbrizdən (İran) Ankaraya (Türkiyə) bir neft kəməri çəkilmişdir[6].