İran İslam Respublikası Mülki Aviasiya Təşkilatı (CAO.IRI)[1], (fars.سازمان هواپیمایی کشوری جمهوری اسلامی ایران[2] ) İranınmülki aviasiya agentliyidir. İranda mülki aviasiyanın bütün aspektlərinə nəzarət edən və tənzimləyən qanuni bir şirkətdir. Təşkilat 1946-cı ilin iyulunda qurulmuşdur və mərkəzi TehrandakıMehrabad Beynəlxalq Hava Limanında yerləşir.[2] İrandakı aviasiya qəzalarını və hadisələrini tədqiq edib öyrənir.[3]. Şirkətin baş icraçı direktoru Ali Abedzadehdir[4]
3 iyul 2020-ci ilədək qəza tədqiqat heyətinin rəhbəri Həsən Rzaeifar idi, o Kanadada bir doktorant olan PS752 qurbanının əri ilə ərinin Xamenei rejimini tənqid edən Instagram yazılarını sildirmək ümidi ilə əlaqə qurmuş və buna görə də onu işindən azad etmişdirlər. Ralph Goodale, telefon danışığının “çirkin bir davranış” olduğunu bildirərkən,[5]Global Affairs Canada isə “Kanada vətəndaşlarına müdaxilənin tamamilə qəbuledilməz, çox narahatedici olduğunu və bunun dözülməz olduğunu bildirmiş, həmçinin Kanada hökumətinin Kanadalıları, xüsusən də sevdiklərini itirənləri kimlərinsə nəyəsə məcburetmə və ya təzyiq göstərmə cəhdlərini pisləmişdir.[5]
İran səmalarının Qaydaları və onların Tənzimləməsi
Peşəkar və şəxsi pilotlar
Lisenziyalı təyyarə mühəndisləri
Hava trafik nəzarətçiləri
Aviaşirkətlər
Lisenziyalı aerodromlar
Aviasiya məhsullarının dizaynı (DO), istehsalı (PO), mütəmadi uçuş qabiliyyətinin idarəedilməsi (CAMO) və texniki xidmət (AMO) ilə məşğul olan təşkilatlar
Pilot (ATO), hava hərəkəti nəzarətçisi və texniki xidmət mühəndisi (MTO) təlimində iştirak edən təşkilatlar