Ukrayna Beynəlxalq Hava yolları reys 752 (ukr. Збиття Boeing 737 під Тегераном) — Ukrayna Beynəlxalq Hava yollarına məxsus Boeing 737-800 modelli təyyarə ilə gerçəkləşdirilən Tehran-Kiev beynəlxalq reysinin uçuşu zamanı baş vermiş təyyarə qəzası. Təyyarə 2020-ci ilin 8 yanvar tarixində, Tehran şəhərindəki İmam Xomeyni adına Beynəlxalq Hava Limanından havaya qalxdıqdan bir necə dəqiqə sonra qəzaya uğrayıb. Qəzanın səbəbi İran İslam Respublikası Silahlı Qüvvələrinə məxsus zenit raketinin təyyarəni insan səhvi nəticəsində vurması olub.[1][2][3]
Ukrayna Beynəlxalq Hava yolları reys 752 | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tarix | |
Qəza səbəbi | İran ordusunun zenit raketdən atəş açması nəticəsində təyyarə qəzaya uğrayıb. Rəsmi məlumata görə təyyarə, başqa bir cismlə səhv salınıb. |
Yer | Şəhriyar yaxınlığı, Tehran ostanı, İran |
Ölkə |
Ukrayna İran |
Sərnişin sayı | 167 |
Komanda | 9 |
Yaralı sayı |
|
Ölü sayı | 176 |
Təyyarə | |
Təyyarə modeli | Boeing 737-800 |
Havayolu şirkəti | Ukrayna Hava Yolları |
Qalxma yeri | Tehran |
İstiqamət | Kiev |
Uçuş nömrəsi | PS752 |
Qeydiyyat nömrəsi | UR-PSR |
Vikianbarda əlaqəli mediafayllar |
Təyyarədə olan 176 nəfərdən hamısı qəza nəticəsində həlak olmuşdur. 8 yanvar tarixində baş vermiş qəza, son onilliklər ərzində İran ərazisində baş vermiş ən kütləvi insan ölümünə səbəb olan aviasiya fəlakəti kimi tarixə keçmişdir. Eyni zamanda reys 752-nin zenit raketi ilə vurulası 1992-ci ildən bəri xidmət göstərən Ukrayna Beynəlxalq Hava Yollarının ilk təyyarə qəzası kimi də tarixə keçib.[4]
Əvvəlcə İran hakimiyyəti təyyarənin raket zərbəsi ilə vurulması iddialarını rədd etmiş və qəzaya təyyarədə olan hansısa texniki nasazlığın və ya pilot səhvinin səbəb olduğunu açıqlamışdır. İran ilk olaraq qəzanın onların üzərinə atılmasını psixoloji müharibə olaraq dəyərləndirmişdir. Ukrayna tərəfi, qəzanın baş vermə şəraitini və səbəblərini ciddi formada araşdırılacağını, ancaq ən indanırıcı ehtimalın, təyyarənin yerdən edilmiş hansısa müdaxilə nəticəsində qəzaya uğraması olduğunu bəyan etmişdir.[5][6]
ABŞ, Kanada və Böyük Britaniya rəsmilərinin məsələ ilə bağlı etmiş olduğu ilkin açıqlamlarda təyyarənin İran İslam Respublikası Silahlı Qüvvələrinin arsenalında olan Tor M1 zenit raket kompleksi ilə vurulduğunu bildiriblər.[7]
Kanadanın Baş Naziri Castin Trüdo, ölkə kəşfiyyatının və ABŞ xüsusi xidmət orqnlarının vermiş olduğu sübutlar əsasında təyyarənin texniki qəza nəticəsində yox, yerdən açılmış atəşlə vurulduğunu bəyan edib.[8] 11 yanvar tarixində İran İslam Respublikasının rəsmiləri təyyarənin onlar tərəfindən vurulduğunu qəbul ediblər. İranlı rəsmilərin sözlərinə görə əsas düşmən hədəfi səhv salınıb və nəticədə mülkü təyyarə vurulub.[9]
Hadisə İran generalı Qasım Süleymaninin 3 yanvar tarixində ABŞ-nin Bağdad Beynəlxalq Hava Limanınına edilmiş hücum nəticəsində öldürülməsi və bundan sonra ABŞ-nin İraqdakı qüvvələrinin İran tərəfindən hədəf alınması kimi qarşılıqlı hücumların baş verdiyi zaman gerçəkləşib.[10] Bu hadisələrə qədər ABŞ-nin İraqda yerləşənə səfirliyinə edilmiş silahlı və bombalı hücuma görə ABŞ tərəfi İranın cavabdeh olduğunu və məsuliyyət daşıdığını bildirmişdi. Qəzadan sonra ABŞ-nin vermiş olduğu rəsmi əmrdə ABŞ-nin bütün mülkü təyyarə şirkətlərinin İranın hava məkanına daxil olmamağa göstəriş vermişdir.[11][12]
Nation | Number | İkili/Digər | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
İran | 147 | ||||||||||||||
Kanada | 2 | 57[13] | |||||||||||||
Ukrayna | 11 | ||||||||||||||
İsveç | 4 | 10[14] | |||||||||||||
Əfqanıstan | 12 | ||||||||||||||
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}}|| style="text-align:center;"|- ||4[15] |
Cəmi | 176 |
Ölkə | Ad və soyad | Vəzifə |
---|---|---|
Ukrayna | Naumkin Aleksey Yevgenyeviç | Kapitan pilot |
Ukrayna | Qaponenko Vladimir İvanoviç | Pilot |
Ukrayna | Xomenko Sergey Anatolyeviç | Pilot |
Ukrayna | Statnik Yekaterina Oleqovna | Baş bələdçi |
Ukrayna | Matkov İqor Valeryeviç | Bələdçi |
Ukrayna | Mikityuk Mariya Mixaylovna | Bələdçi |
Ukrayna | Lixno Denis Mixayloviç | Bələdçi |
Ukrayna | Ovçaruk Valeriya Yevgenyevna | Bələdçi |
Ukrayna | Yuliya Soloqub | Bələdçi |
Təyyarənin vurulmasından sonra İran rəsmiləri təyyarənin texniki nasazlıq səbəbiylə qəzaya uğradığını bildirsə də, 11 yanvar tarixində İran silahlı qüvvələrinin Baş qərargahının bəyanatında bildirildi ki, aparılan daxili təhqiqat təyyarənin “insan səhvi nəticəsində” vurulduğunu təsdiqləmişdir. Eyni məlumatı İran xarici işlər naziri Cavad Zərif də öz tvitter səhifəsində bildirmişdir.[16]