İran etirazları (sentyabr, 2022)

Məhsa Əmini etirazları və ya 2022 İran etiraz aksiyaları — İranda 16 sentyabr 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar və vətəndaş iğtişaşlarıdır. İddia olunur ki, sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən həbs edilərkən Məhsa Əmininin hicabının altından bir az saç görünürmüş. O, təcridxanaya aparılandan bir müddət keçmiş komaya düşüb və 3 gün sonra xəstəxanada ölüb. Polis zabitləri onun başına zərbələr vurulduğunu və qadının maşınlardan birinə çırpılması barədə xəbərləri təkzib edirlər. Bəzi qadınlar cəsarətlə hicablarını cırıb yandırırlar.[3]

Məhsa Əmini etirazları
Tehrandakı etirazlardan bir görüntü (sentyabr, 2022)
Tehrandakı etirazlardan bir görüntü (sentyabr, 2022)
Yer İran İran
Tarix 16 sentyabr 2022 – 2023
Səbəb Məhsa Əminin ölümü
Əleyhdarları İran İran
İran İslam Respublikası Daxili Qoşunları
Bəsic
Həlak olanlar
  • > 522 (15 yanvar 2023)[1]
Yaralananlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etiraz aksiyaları Tehranda başlayıb, daha sonra Kürdüstan əyalətinin Saqqez, Sənəndəc, Divandərrə, Bənə və Bicar şəhərlərinə, daha sonra isə İranın digər bölgələrinə yayılıb. Həmədan, Kirmanşah, Məşhəd, Səbzevar, Qum, Amol, Babol, İsfahan, Kirman, Şiraz, Təbriz, Rəşt, Sarı, Kərəc, Çalus, Növşəhr, Tonekabon, Ərak şəhərlərində bu etirazlar ilk gündən sürətlə böyüyüb.[4][5] 23 sentyabr 2022-ci il tarixinə ən azı əlli etirazçı öldürülüb. Etirazlara cavab olaraq, İran hökuməti etirazları yatırmaqla yanaşı, etirazçıların təşkilatlanma qabiliyyətini azaltmaq üçün InstagramWhatsApp kimi proqramlara girişi və interneti məhdudlaşdırıb. Bunlar İranda 2019-cu il etirazlarından sonra internetin tamamilə bağlandığı ən sərt məhdudiyyətlər ola bilər.[6]

Azərbaycandan dəstək

[redaktə | mənbəni redaktə et]

27 noyabr 2022-ci ildə Azərbaycanda gənc qızlar Cənubi Azərbaycandan olan azərbaycanlı qızların təşəbbüskarı olduğu fləşmoba dəstək veriblər[7]. Aksiya birinci növbədə İranda öz hüquqları uğrunda mübarizə aparan gənclərə, xüsusilə rejim polisi tərəfindən öldürülmüş azərbaycanlı Hədis Nəcəfi, Əsra Pənahi, Aylar Həqqi və başqa qadınlara həsr edilib. İlk video Təbrizdə[8], ikinci video isə Bakıda çəkilib. Aksiya özündə arxasını kameraya tutaraq saçını bağlayan qızı ehtiva edir. Onlar bu yolla Kərəc şəhərində öldürülmüş Hədis Nəcəfini simvolizə ediblər. Hər iki videoda səsləndirilən musiqi etnomusiqiçi Ariya Türkanburlunun bəstələdiyi "Qadın marşı"-dır. Bu marş Cənubi Azərbaycanda hərəkatın simvollarından birinə çevrilib[9].

  1. https://www.rferl.org/a/iran-protests-death-count-human-rights-report/32224340.html.
  2. https://hengaw.net/en/news/hengaw-report-no-7-on-the-kurdistan-protests-18-dead-and-898-injured.
  3. "İranda etirazlar: Məhsa Əminin ölümü diqqəti əxlaq polisinə yönəldib". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
  4. AP, AFP. "Mahsa Amini: EU concern over woman who died after being stopped by morality police". Euronews. 20 September 2022. 20 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2022.
  5. "Protests flare across Iran in violent unrest over woman's death" (ingilis). Reuters. 20 September 2022. 27 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 September 2022.
  6. "Iran restricts access to WhatsApp and Instagram in response to Mahsa Amini protests". 21 September 2022. 24 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2022.
  7. "Bakıda gənc qızlar Güney Azərbaycandakı etirazçılara dəstək fləşmobu keçirib" (az.). Report İnformasiya Agentliyi. 28 noyabr 2022. Archived from the original on 2022-11-29. İstifadə tarixi: 29 noyabr 2022.
  8. Video earlier recorded by women in #Tabriz, #SouthAzerbaijan. Tabriz: Voice of South Azerbaijan. 28 noyabr 2022.
  9. Tapdıq Fərhadoğlu. "Azərbaycanda qadınlar İrandakı etirazlara dəstək fləşmobu keçirib" (az.). Amerikanın Səsi. 28 noyabr 2022. 28 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]