İran quşüzümü

İran quşüzümü (lat. Solanum persicum)[1]quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.[2]

İran quşüzümü
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Solanum persicum

Elmi adı - Asparagus persicus Baker 

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c+3c; B2ab(iv, v) c (ii, iii). Azərbaycanın nadir növüdür. [3][4]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Gövdə 100 sm hündürlükdə dağınıq budaqlı, çılpaq, küncü burulmuşdur. Kladodidlər azsaylıdır, bizvari, bərabər olmayan böyük hissəsi 1-5 dəstədə birləşir. Yarpaqlar 15–25 mm uzunluğunda, yarpaqlar pulcuqvari, çox hissəsi mahmızlıdır. Çiçəkləri 5 mm, uzun saplaqlıdır. Çiçəkyanlığının yarpaqları uzunsov, neştərvari, sarımtıl, kənarları ağ haşiyəlidir. Giləmeyvəsi qırmızı kürəşəkillidir [5]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may – iyun aylarına təsadüf edir. Kökümsovla və toxumla çoxalır. Düzənlikdən aşağı dağ qurşağına qədər kolluqlarda, dəniz qumluqlarında, üzümlüklərdə, gilli yamaclarda bitir.[5] [6]

Yayılması[redaktə | mənbəni redaktə et]

Abşeron, Kür-Araz ovalığı, Bozqır yaylası, Naxçıvanın ovalığı və dağlıq hissəsi (Vəlidağ, Düzdağ, Darıdağ əraziləri).[5][7][8][9]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur. 

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Otarılma, tapdalanma, Abşeronun və Kür-Araz ovalığının səhralaşması. 

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Xüsusi mühafizə tədbirləri yoxdur.  

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. http://redbook.az/?options=project&id=%C4%B0ran%20qu%C5%9F%C3%BCz%C3%BCm%C3%BC[ölü keçid]
  4. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  5. 1 2 3 Флора Азербайджана, 1952
  6. Hacıyev V.S., Musayev S.H. 1996
  7. Ибадлы О.В. 2005
  8. Конспект флоры Кавказа, 2006
  9. Naçıvan MR-in Qırmızı Kitabı, 2010