Solanales

Quşüzümüçiçəklilər (lat. Solanales) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.

Quşüzümüçiçəklilər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Meyvələri həqiqi giləmeyvə və qutucuq meyvədir. Tək çiçəklər saplaqları ilə birlikdə yarpaq qoltuğunda yerləşir. Yarpaqları sadə və müəkkəb tək lələkvari qurulüşda olur. Aid olduğu bitkilər: qırmızı quşüzümü, qara quşüzümü, bibər, Qafqaz xanımotu, bat-bat, dəlibəng, kartof, pomidor və s. Bu bitki sırasının üç minə qədər növü vardır. Yarpaqları növbəli düzülüşlüdür, yarpaqaltlıqları yoxdur. Çiçəklər qıfşəkilli dairəvi, yaxud ulduzşəkillidir. Bir-birinə birləşmiş 5 kasa yarpağından ibarət kasacığı, 5 bitişik ləçəklərdən ibarət tacı, 5 erkəkciyi və bir dişiciyi vardır. Tacın yarpaqları aşağıdan bitişərək, tac borusunu əmələ gətirir. Erkəkciklər saplaqları ilə tac borucuğunun divarlarına yapışmışdır. Çiçəklər tək-tək, yaxud dəstələrlə sadə salxım çiçək qrupunda yerləşir.

Badımcançiçəklilər sırasına aid bitkilərin bir çoxu tərəvəz bitkiləridir. Onlar kənd təsərrüfatının geniş sahələrində əkib becərilir.