İranda Novruz bayramı

İran süfrəsində fərqli bir səməni olur. Onlar səmənini ən çox mərcidən göyərdirlər. Səməni buğdadan da olur. Amma mərci səmənisi cücərtmək daha rahat olduğu üçün səmənini mərcidən düzəldirlər. İran süfrəsində şəkil də olur – məsələn, İrandakı zərdüştilər öz Novruz süfrələrinə Zərdüşt peyğəmbərin müasir rəssamların təxəyyülünün məhsulu olan portretini qoyurlar. Amma İran əhalisinin çoxu müsəlmandır, onların süfrəsində Qurani-Kərim olur, bəziləri isə həm də İran şairi Hafizin divanını süfrəyə qoyurlar. İran süfrəsində də “s” hərfi ilə başlayan 7 nemət olmalıdır.