Zərdüştilik

Zərdüştçülük və ya Zərdüştilik (avest. vahvī- daēnā- māzdayasna- — "Müdriklərə hörmət bəsləyən xoş inam", fars. «بهدین»‎ — behdin, "Xoş inam") dünyanın ən qədim dinlərindən biri. Azərbaycanın qədim dövləti olan Atropatena da bu dinə sitayiş edirdi.


Din

Dini özünüdərkin növləri

Monoteizm  · Dualizm  · Politeizm  · Deizm · Teizm  · İtsizm · Panteizm · Pandeizm

İbtidai inanclar

Totemizm  · Animizm  · Fetişzm  · Şamanizm

Dünya dinləri

Buddizm · Bəhailik

İbrahimi dinlər

İudaizm · Xristianlıq · İslam

Dharma dinləri

İnduizm · Caynizm · Siqhizm · Buddizm

Ənənəvi Uzaq Şərq dinləri

Daoizm · Konfutsiçilik · Şintoizm

Digər dinlər

Tenqriçilik  · Zərdüştilik

Əsas anlayışlar

Tanrı · Ruh · Günah  · Sakrallıq · Ruh · İman  · Doqmat · Müqəddəs Kitablar  · Ölümdən sonrakı həyat  · İbadət  · Məbəd

Dinlərin siyahısı

g · m

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Dünyanın ən qədim etiqadlarından biri olan zərdüştçülük İran ərazisində meydana gəlmişdir. Zərdüşt dini onun banisi Zərdüştün adı ilə bağlıdır.

Bu yeni dini etiqad yalnız İran ərazisində yaşayan tayfalar tərəfindən qəbul edilmədi. O, eyni zamanda Azərbaycan, Orta Asiya, Hindistan və digər ölkələrdə yaşayanların da dininə çevrildi. Zərdüştün həyat və fəaliyyəti haqqında indi də tədqiqatçılar arasında mübahisələr davam edir. Uzun illər ərzində bu barədə külli miqdarda tədqiqatlar aparılmasına baxmayaraq, hələ də Zərdüştün nə vaxt və harada yaşayıb, yaratmasıyla bağlı dəqiq fikir yoxdur.

Zərdüşt dini məzdəkizm, eləcə də digər dinlərin tarixində baş vermiş daxili təhəvvülata məruz qalmışdır. Bu baxımdan da Zərdüşt peyğəmbər tərəfindən yaradılmış və ilkin maqlar tərəfindən qəbul edilmiş Zərdüşt dini və onun dünyagörüşü nü Sasanilər dövründəki məzdəizm – daha dəqiqi atəşpərəstlik ilə eyniləşdirmək olmaz. Bu sahədə nüfuzlu tədqiqatçı Girşmanın göstərdiyi kimi, məzdəizmin ilkin dövründə əsas fövqəlbəşər qüvvə Hörmüzd Mehr (Mitra) və Nahid idisə, sonralar onları əvəz edən Hörmüzd və onun barışmaz düşməni olan Əhrimən görüşü həqiqi dualizmdir. Ona görə ki, onlar iki – biri digərinə zidd olan qüvvəyə (xeyir-şərə) və yaxud substansiyaya inanır və bu mübarizədə Hörmüzdün (xeyirin) qalib gəlməsinə əmin idilər. Məzdəizmə görə Hörmüzd ilə Əhrimən, nur ilə zülmət, xeyir ilə şər və sülh ilə müharibə arasında gedən mübarizə kimi iki ictimai və təbii kökə malikdir.

Zərdüşt dininin əsas müddəası ondan ibarət idi ki, dünyada bir-biri ilə daim vuruşan iki qüvvə vardır. Xristianlıqda XristAntixrist, İslamda isə daha saf və ilahi formada Allahİblis formasında bu təzahür edir. Xeyir və Şər qüvvələrin mübarizəsi hər üç dini birləşdirən amildir. Bunlardan biri xeyir – Hörmüzd (Ahuraməzda), digəri isə şər – Əhriməndir (Anqramanyu). Zərdüştün dini təlimində baş ilahi qüvvə Hörmüzddür ki, onu od təmsil edir. Zərdüşt dininə inananlar atəşgahlar tikir, orada od yandırır və həmin odu qoruyub saxlayırdılar. Zərdüşt dininə iman gətirənlər inanırdılar ki, həyatın əsasını təşkil edən od, su, torpaq və havadır. Onlar bu dörd ünsürü müqəddəs hesab edib, onların daima təmiz qalmasına səy göstərirdilər. Zərdüşt dininə inananlar odu, göstərdiyimiz dörd ünsür içərisində ən müqəddəs, baş ilahi və ülvi qüvvə hesab edirdilər. Onlar odun nuruna sitayiş edir, qarşısında səcdə qılıb, dua oxuyur və onun şərəfinə qurbanlar verirdilər. Lakin sonradan bütün bu inanc dəyişdirildi və insanlar sırf oda sitayiş etməyə başladılar və beləliklə tədricən zərdüştçülük ənənələri üstündə görünüş və formaca eyni, lakin məzmunca fərqli yeni bir din,Atəşpərəstlik formalaşdı. Maqlar xalqın başına gələn bütün müsibət və fəlakətləri qəddar ruhun — Əhrimənin üstünə yıxırdılar. Onlar mövcud quruluşun ilahi, fövqəlbəşər bir mənşəyə malik olduğunu da təbliğ edirdilər. Qeyd edək ki, bütün bu göstərilən müddəalar sırf zərdüştçülüyə aiddir və sonrakı dövrdə zərdüştçülük adı ilə insanlar tərəfindən mənimsənilən Atəşpərəstlikdə öz əksini tapmamış və ya təhrif olunmuşdur.

III əsr filosofu Parfiosa görə "maq" Allaha sitayiş edib, onun elmi sirrlərinə yiyələnənlərə deyilir.


Din

Dini özünüdərkin növləri

Monoteizm  · Dualizm  · Politeizm  · Deizm · Teizm  · İtsizm · Panteizm · Pandeizm

İbtidai inanclar

Totemizm  · Animizm  · Fetişzm  · Şamanizm

Dünya dinləri

Buddizm · Bəhailik

İbrahimi dinlər

İudaizm · Xristianlıq · İslam

Dharma dinləri

İnduizm · Caynizm · Siqhizm · Buddizm

Ənənəvi Uzaq Şərq dinləri

Daoizm · Konfutsiçilik · Şintoizm

Digər dinlər

Tenqriçilik  · Zərdüştilik

Əsas anlayışlar

Tanrı · Ruh · Günah  · Sakrallıq · Ruh · İman  · Doqmat · Müqəddəs Kitablar  · Ölümdən sonrakı həyat  · İbadət  · Məbəd

Dinlərin siyahısı

g · m

Zərdüşt haqqında ilkin məlumat verən yunan tarixçisi Xsanti (e.ə. 425–465) olmuşdur. Kiçik Asiyanın Sard şəhərində yaşayan bu tarixçi, Herodotdan da əvvəl Urmiya gölünə qədər olan əraziyə bələd olmuşdur. İlk əvvəl Herodot, daha sonra isə Dəməşqli Nikolay onun yazılarından istifadə edib, məzdəizm haqqında məlumat vermişlər.

Ammian Marsellinin yazdığına görə Zərdüştün dövründən etibarən xüsusi ailədən olan maqlar nəsildən-nəslə din başçılığına təyin edilmişlər. Maqlar adət-ənənələrinə görə digər təbəqələrdən fərqlənirdilər. Onlar xüsusi hörmət və nüfuza malik idilər. (Ammian Marselli, XXIII, 6)

Tarixi rəvayətə görə zərdüştçülük dini e.ə VII əsrin ikinci yarısı- VI əsrin əvvəllərində yaşamış Zərdüştün adı ilə bağlı olmuşdur. Üç min il əvvəl (qədim salnamələrə görə, Zərdüşt Makedoniyalı İsgəndərdən 258 il əvvəl yaşamışdır) İranın Raqa şəhərində, Zbar dağının ətəyində Duqdava çayının sahilində tikilmiş sarayda Puruşaspa adlı bir kişi yaşayırdı. Onun arvadının adı Doqdo idi. Onların Zərdüşt adlı bir oğlanları vardı. Orta əsrlərdə yaranmış "Zərdüştnamə" adlı kitabda deyilir ki, uşaqlıqda Zərdüşt yaşıdlarından heç zaman ağlamaması və daim öz gülüşü ilə evlərini ilahi nura qərq etməsi ilə seçilirmiş. Hələ uşaqlıq çağında o, öz müdrikliyi ilə seçilir və şərə qulluq edən sehrbazların onu aradan götürmək cəhdləri həmişə uğursuzluqla nəticələnir. Erkən yaşlarından ruhanilərdən dərs alan Zərdüşt on beş yaşından kamil bir din xadimi kimi həqiqət axtarışı ilə dünyanı dolaşmağa başlayır.

Otuz yaşında o artıq yeni dinin yaradıcısı kimi peyğəmbərlik səviyyəsinə yüksəlir. Öz vətənində həmfikirlər tapmayan Zərdüşt yeni təlimini yaymaqdan ötrü şərqə tərəf üz tutur. 10` səhər müqəddəs çayı keçərkən səmavi ruhlardan Bəhmən onun qarşısında nazil olur və Zərdüştü Tanrının Ahura Məzdanın (Hörmüzdün) yanına qaldırır. Dərgahda Zərdüşt ilahidən vəhy alır. Buradan cəhənnəmə düşən Zərdüşt onu öz dinindən döndərmək istəyən şər ruhu Anqramanyu (Əhrimən) ilə görüşür. Əhrimən istəyinə çata bilmir və Zərdüşt göylərdən enərək öz təlimini "Avesta" adlandırdığı müqəddəs kitabda ifadə edir. Şər ruhlar onu burada da təqib edirlər, lakin hər dəfə Zərdüşt "Avesta"dan dualar oxumaqla onları qova bilir. İlhamını göylərdən alan Zərdüşt ağ libasa bürünüb əlinə müqəddəs od və sərv ağacından əsa alaraq şah Viştaspın sarayına yollanır və onu öz dininə gətirir. Qonşu hakimlər Viştaspın ata-baba dinindən dönməsindən narazı qalaraq, onun üzərinə hücuma keçirlər. Viştasp qələbə çalır və Zərdüştün təlimi onun ölkəsində möhkəmlənir. Viştasp Baktriyada atəşgədələr tikdirir. Öz ömrünün son illərini burada yaşayan Zərdüşt ya şər sehrbazlarının, yaxudda düşmən əsgərlərinin əli ilə öldürülür.

Zərdüştçülük əxlaqı

[redaktə | mənbəni redaktə et]

Zərdüştçülük əxlaqı xeyirxah fikri, xeyirxah sözü, xeyirxah əməli nəzərdə tutur, səxavəti, doğruculuğu, arzu və istəklərdə mötədilliyi təbliğ edir, zülm və qanunsuzluqdan çəkinməyə həmçinin də təkallahlılığa, əkinçiliyə və maldarlığa çağırır. İnsan odun, suyun və torpağın təmizliyini qorumalıdır. Yeni din- Mazdyasna (zərdüştlük) nəinki şərqdə qələbə çalır, həm də qərbdə yayılır. Bu, dünyanın ən qədim dini idi. İlk dövlət dini kimi o, sonralar yaranmış dinlərin- İudaizmin, Xristianlıqın, İslamın və Buddizmin inkişafına əhəmiyyətli təsir göstərdi. Sonradan zorla müsəlmanlaşdırılan zərdüştçülər Azərbaycanı bu dinin və Zərdüştün vətəni hesab edirdilər.

Zərdüştün təlimi

[redaktə | mənbəni redaktə et]

Zərdüştün təlimi oturaq heyvandarlığı və əkinçiliyi müdafiə edirdi. Bu təlim təkallahlılığı irəli sürür və dünyada iki əbədi başlanğıcı – Xeyirlə Şər arasında daimi mübarizənin getdiyini təbliq edirdi. Bu təlimə görə insan ömrünün mənası Əhrimənlə mübarizədə Ahura Mazdaya kömək göstərməkdir. Son nəticədə Ahura Mazda qələbə çalmalı və şəri yer üzündən bir yolluq silməlidir. Zərdüştçülük əxlaqı xeyirxah fikri, xeyirxah sözü, xeyirxah əməli nəzərdə tutur, səxavəti, doğruçulluğu, arzu və istəklərdə mötədilliyi təbliq edir, zülm və qanunsuzluqdan çəkinməyə çağırır. İnsan odun, suyun və torpağın təmizliyini qorumalıdır. Odu və torpağı meyitlərlə murdarlamaq olmaz. Buna görə də cəsədləri yüksəkliklərdəki daşlıq yerlərdə, yaxud belə yerləri xatırladan daxma (sükut qülləsi) adlı daş tikililərdə qoymaq lazımdır ki, qurd-quşa yem olsun. Sümüklər də torpağı murdarlamamaqdan ötrü xüsusi yerlərdə saxlanır.[1]

Zərdüştçülərin təlimi onların müqəddəs kitablarında, daha doğrusu, müqəddəs kitablar toplusu "Avesta"-da ifadə olunub. Zərdüştçülük kahinləri belə bir fikir yayırdılar ki, guya həm "Qat"lar (kitabın daha qədim qismi), həm də o biri hissələr Zərdüşt tərəfindən Ahura Məzdadan nazil olmuş ilahi vəhy kimi yazılmışdır. Bu məqsədlə çox vaxt müqəddəs kitabın mətnlərinə "Ahura Mazda Zərdüştə belə buyurdu" ifadəsi də artırılırdı.[1]

  1. 1 2 "Əxlaqa aparan yol" (PDF). anl.az. 2013. 2016-04-06 tarixində arxivləşdirilib (PDF).
  • Çingiz Qaçar. Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri. Bakı, 1997.
  • Azərbaycan Tarixi, I cild, (ən qədim zamanlardan XX əsrədək), Bakı, "Azərnəşr", 1994, səh. 166–168.
  • Hüseyn Tövfiqi. Böyük dinlərlə tanışlıq. – Bakı: Xəzər Universitəsi Nəşriyyatı, 2013. — 290 səh. — ISBN 978-9952-20-080-5

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]