Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ayaks əməliyyatı — 1953-cü ildə Amerika və Böyük Britaniya tərəfindən hazırlanan C. İ. A tərəfindən həyata keçirilən bir əməliyyatdır. Əməliyyatın həyata keçirilməsində səbəb İranda Məhəmməd Mussadıqı devirib hakimiyyətə yenidən sonuncu İran şahı Məhəmməd Rza şah Pəhləvini gətirmək idi.
İranda Tənbəki üsyanı olan zaman Mussadıq 8 yaşındaydı. Atası dövlət məmuru idi, digər qohumları da İranda yüksək vəzifələrdə çalışırdılar. 1906-cı ildə İranda ilk dəfə məclis üçün keçirilən seçkilərdə İsfahandan namizədliyini irəli sürdü, lakin seçilməsinə baxmayaraq yaşının düşmədiyi üçün məclis üzvü ola bilmədi. Təhsili üçün Parisə getdi . Burada Siyasi Elmlər Fakültəsində təhsil alırdı, lakin təhsilini ömrünün sonuna kimi sağalmaz xəstəliyə düçar olduğu üçün buraxdı və ölkəsinə geri döndü. Sonra ailəsi ilə birlikdə İsveçrənin Neuchatel qəsəbəsinə gəldi. İsveçrədə hüquq elmi üzrə doktorluq dərəcəsinə kimi elmi müdafiə etdi. 1921-ci ildə Rza xanın Qacarları devirərək hakimiyyətə gəlməsindən sonra yaxın qohumu olan Fərman Fərmanın dəstəyi ilə hakimiyyətdəki yüksək insanlardan biri oldu. İlk olaraq maliyyə, daha sonra qısa müddət xarici işlər naziri kimi işlədi. Rza xanın 1925-ci ildə özünü şah elan etməsinə qarşı çıxması ilə vəzifəsindən azad olundu və yenidən Neuchatel-ə döndü. Rza xanın oğlunun xeyrinə 1941-ci ildə taxtdan getməsindən sonra Mussadıq yenidən siyasətə gəldi. 1951-ci ildə Mussadıq İranda məclis vasitəsilə milliləşdirmə siyasətini həyata keçirdi. Bundan çox narahat olan Böyük Britaniya dərhal rəsmi və qeyri-rəsmi diplomatik əlaqələr qurmağa çalışdı.
Britaniya ilk olaraq İrana ağır zərbə vura biləcək iqtisadi addımlar atdı. Britaniya İranda olan iş adamlarını geri çağırdı, eyni zamanda Kiprə qoşunlarını göndərdi. Britaniyanın bu hərəkətinə SSR də cavab olaraq İranın sərhəddinə qoşunlarını gətirdi. O zamankı Amerika prezidenti Truman müharibə olmasını və İranı itirməyini istəmədiyi üçün Britaniyanın tələblərinə qarşılıq vermədi . Britaniyanın İrandan iş adamlarının çıxartması İranı xeyli pis vəziyyətə saldı. Bu sırada Britaniya beynəlxalq aləmdəki söz sahibliyindən istifadə edərək İrana qarşı neft embarqosu qoyulmasına nail oldu. İran iqtisadi böhranla üz üzə qalmışdı. Bu arada İranda xalqın reaksiyası da yaxşı deyildi. Anglo-İran Neft Şirkətinin müdirünün evini yandırdılar. Mussadıq da geri çəkilməyərək ölkədəki bütün ingilisləri ölkədən uzaqlaşdırdı.
1952-ci ildə Amerikada keçirilən prezident seçkilərində Eisenhower qalib gəldi. O zamankı Britaniyanın Baş Naziri Churchill yeni seçilmiş ABŞ prezidenti Eisenhower anlaşdılar və Ayaks Əməliyyatını hazırlamağa başladılar. Əməliyyatın başına keçmiş Amerika prezidenti olmuş Theodore Roosveletin nəvəsi, C. İ. A-ın Yaxın Şərq və Asiya üzrə sədri olan Kermit Roosvelt gətirildi.
Əməliyyatın ilk addımında Baş Nazir Mussadıqa qarşı pul ilə alınmış yerli cinayətkar şəbəkələr, jurnalistlər, və din adamlarından istifadə olunmalı idi. İkinci addımda isə Kermit şahı razı salmalı idi, lakin Məhəmməd Rza şah Pəhləvi uşaqlıqdan qorxaq və qərarsız biri idi. Sonda şah razı salındı. Şahın işi çox asand idi. Qarşısına çıxan Mussadıqı vəzifəsindən azad olunması barədə fərman imzalamalı idi. Şaha fərmanı imzalatmaq və Baş Nazir Mussadıq və General Riyahini həbs etmək üçün bir nəfər lazım idi. Sonda həmin adam tapıldı bu Polkovnik Nasiri idi. 15 Avqust Nasiri fərmanı imzalatdırdıqdan sonra General Riyahini həbs etdirmək üçün generalın evinə getdi, lakin general evində yox idi. Kermit televizorda Mussadıqın və General Riyahinin həbs xəbərini eşitmək üçün xəbərləri izləyirdi, lakin aparıcının canlı yayın zamanı Mussadıqa söz verməsi Kermit həyəcanlandırdı. Mussadıq canlı yayım zamanı çıxış edərək Şah və onun xarici ortaqlarının Mussadıqa qarşı hazırladıqları planın üstünü açdı.
Kermit şok olmuşdu, lakin bu işdən imtina edilməyəcəkdi. Şahın ölkədən qaçmağına baxmayaraq o ölkədə qalmışdı. Mussadıqın yerinə gətiriləcəyi planlanan General Zahidi ilə görüşərək yeni planlar qurmağı düşünürdü. Əllərində Mussadıqın vəzifəsindən azad olunması barədə 2 fərman var idi. Həmin fərmanlar tezliklə yayılmağa başladıldı. Kermitin nəzarətində olan qəzet və jurnallardan istifadə edərək həmin fərmanı daha da geniş səviyyədə yaymağa başladıldı.
Artıq Mussadıqın sonu yaxınlaşmışdı. Küçələrə çıxan xalq, pul ilə alınan cinayətkar qruplar və bir qrup şah tərəfdarı olan generallar. Artıq hər şey hazır idi. Ölkədə xaos yaranmışdı, hadisələr getdikcə daha da böyüdü və heç bir müdaxilə etməyərək geri çəkilən Mussadıq 19 avqust 1952-ci ildə Baş Nazirlik vəzifəsindən uzaqlaşdırıldı.
Mussadıq vətənə xəyanətdə ittiham olunaraq həbs edildi. 3 il həbsdə yatdı sonra ev dustağı oldu, 1967-ci ildə isə vəfat etdi.
İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |