İranda prezident seçkiləri — İran prezidentini müəyyən etmək üçün 2025-ci ildə keçirilməsi gözlənilən prezident seçkiləri idi. Lakin İran Prezidenti İbrahim Rəisinin helikopter qəzası nəticəsində ölməsi ilə növbədənkənar prezident seçkiləri təyin olunmuşdur. Seçkilərin birinci turu 28 iyun 2024-cü ildə keçirilmiş, birinci turda heç bir namizəd səs çoxluğu qazana bilmədiyi üçün 5 iyul 2024 tarixində ən çox səs almış Məsud Pezeşkian və Səid Cəlili arasında seçkilərin ikinci turu keçirilmişdir. Seçkilərdə Məsud Pezeşkian qalib gəlmişdir.[1] O, vəzifələrinin icrasına 28 iyul 2024-cü ildə başlamışdır.
← 2021 Növbəti → | ||||
İranda prezident seçkiləri | ||||
---|---|---|---|---|
| ||||
Seçici fəallığı | 39.93% (birinci tur) 49.68% (ikinci tur) | |||
Namizəd | Məsud Pezeşkian | Səid Cəlili | ||
Partiya | bitərəf | bitərəf | ||
İttifaq | İslahatçılar | Prinsipçilər | ||
Səslər | 16,384,403 (54.76%) |
13,538,179 (45.24%) |
||
Məsud Pezeşkian • Səid Cəlili | ||||
| ||||
Nəticə | Məsud Pezeşkian İran Prezidenti seçilmişdir. |
19 may 2024-cü ildə Azərbaycan–İran sərhədində İran Prezidenti İbrahim Rəisi və Azərbaycan Prezidenti İlham Əliyev Qız Qalası su anbarı hidroqovşağının açılışında iştirak etdilər.[2] İrana geri dönən Rəisini və digər 7 nəfəri daşıyan helikopter Bakı vaxtı ilə günorta saat 13:30-da Qərbi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisində qəzaya uğradı.[3][4][5] Eyni gün helikopterin qəzaya uğradığı yer təyin edildi, helikopterdəki hər kəs ölü halda tapıldı.[6] Hadisədən sonra İran Konstitusiyasının 131-ci maddəsinə əsasən İran vitse-prezidenti Məhəmməd Müxbir yeni prezident seçilənə qədər prezidentin səlahiyyətlərinin icraçısı vəzifələrini icra etməyə başlamışdır.[7]
Prezidentliyə namizəd olan və ən çox səs toplayan iki şəxs — Məsud Pezeşkian və Səid Cəlili seçki sisteminə görə ümumi etibarlı səslərin 50%-dən çoxunu toplaya bilmədiyi üçün seçkilər ikinci tura qalmışdır. Seçkilərdə Məsud Pezeşkian 10,415,991 (42.45%) səs toplayaraq birinci, Səid Cəlili isə ümumi etibarlı səslərdən 9,473,298 (38.61%) səs toplayaraq ikinci olmuşdur.[8]
Seçkilərin ikinci turu 5 iyul 2024-cü ildə keçirilmişdir.[8] Seçkilərdə Məsud Pezeşkian 16,384,403 (54.76%) səs toplayaraq qalib gəlmişdir. Onun rəqibi Səid Cəlili isə 13,538,179 (45.24%) səs toplamışdır.[1] 28 iyul 2024-cü ildə Pezeşkian prezident səlahiyyətlərinin icrasına başlamışdır.[9]