Məsud Pezeşkian (fars. مسعود پزشکیان; 29 sentyabr 1954, Məhabad, Pəhləvilər İranı[d][1]) — İran siyasətçisi və həkimi. İranın 9-cu prezidenti (2024-cü ildən).[2] İran Səhiyyə və Tibbi Təhsil naziri (2001–2005).
Məsud Pezeşkian | |
---|---|
fars. مسعود پزشکیان | |
Vəzifədədir | |
28 iyul 2024-cü ildən | |
Ali Rəhbər | Əli Xamenei |
Vitse-prezident | Məhəmməd Rza Arif |
Əvvəlki | İbrahim Rəisi Məhəmməd Müxbir (i.e.) |
İran Səhiyyə və Tibbi Təhsil naziri | |
22 avqust 2001 – 24 avqust 2005 | |
Prezident | Məhəmməd Xatəmi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 sentyabr 1954 (70 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, ürək cərrahı, akademik[d] |
Uşaqları | 4 |
Dini | on iki imam şiəliyi, şiəlik |
Hərbi xidmət | |
Mənsubiyyəti | İran |
Qoşun növü | İran İnqilab keşikçiləri Ordusu |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Aorta koronar şuntlama, ümumi cərrahiyyə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məsud Pezeşkian 1954-cü ildə Qərbi Azərbaycan ostanının Məhabad şəhərində doğulub. "The Guardian" qəzetinə görə, onun ata tərəfdən azərbaycanlı, ana tərəfdən kürd olduğu bildirilir.[3] BBC isə onun azərbaycanlı olduğunu qeyd edir.[4] O, həmçinin BBC-yə verdiyi bir açıqlamasında özünün "türk olduğunu və Azərbaycanda doğulduğunu" bildirmişdir.[5]
İran Parlamentinin birinci sədr müavini və İran parlamentinin onuncu dövründə Təbrizi təmsil edən nümayəndələrdən biri idi.
Təbrizdən olan millət vəkili Məsud Pezeşkian 2024-cü ildə prezident seçkisində seçki fəallığını artırmaq məqsədilə prezidentliyə namizədliyini irəli sürmüşdür.[6]
Pezeşkian prezident seçkilərinin ikinci turunda rəqibi Səid Cəlili ilə mübarizə aparmış və qalib gəlmişdir.[2] O, vəzifələrinin icrasına 28 iyul 2024-cü ildə başlamışdır.[7]