1988-ci ildə İranda siyasi məhbusların edamı — İrandaAyətullahXomeyninin əmri ilə 19 iyul 1988-ci ildən başlayaraq bütün İran hakimiyyəti tərəfindən həyata keçirilmiş və təxminən beş ay davam etmiş edamlar seriyası.[1][2][3][4][5][6] Qətllər ölkənin ən azı 32 şəhərində baş vermiş,[7] öldürülənlərin sayı 2,500-dən 30,000 nəfərə qədər[8][9][10][11] olmuşdur. Onların çoxu işgəncələrə məruz qalmışdır.[7][12][13]
Qətllər qanundan kənar baş tutmuş və məhkəmələr müttəhimlərin təqsir və ya təqsirsizliyini müəyyən etmək məqsədi daşımamışdır.[16] Qətlləri ört-basdır etmək üçün böyük səylər göstərilmiş və İran hökuməti onların baş verdiyini inkar etməyə davam edir.[17] Qətliam insan haqları təşkilatları tərəfindən "İranın insanlığa qarşı ən böyük cinayəti" adlandırılmışdır.[17] Bu, həm miqyası, həm də ört-basdır edilməsi baxımından müasir İran tarixində misli görünməmiş haldır.[15]:201 Bu hadisə İranın Ali Rəhbərinin müavini Ayətullah Müntəziri,[18]BMT-nin İnsan Hüquqları Şurası,[19]İsveç,[20]Kanada[21] və İtaliya kimi bir sıra ölkələr tərəfindən qınanmışdır.
Hüseynəli Nayeri, dini hakim, İran Ali Məhkəməsinin sədr müavini (1989–2013);
Mustafa Purməhəmmədi, Silahlı Qüvvələrin qərb bölgələri üzrə İnqilab Məhkəməsinin prokuroru.
Onların dördü də edamlarına görə heç vaxt mənfi nəticələrə məruz qalmamışlar.[22]
1988-ci ildə Evin və Göhərdəşt həbsxanalarında kütləvi edamlarda iştirak edən keçmiş SEPAH məhbusu Həmid Nuriİsveçdə saxlanılmış və tezliklə günahkar bilinmişdir.[24]
↑Ehteshami, Anoushiravan. Iran: Stuck in Transition (The Contemporary Middle East). Routledge. 2017. səh. 108. ISBN9781351985451. It is estimated that as many as 30,000 individuals may have been executed at that time, in response to a religious edict issued by Ayatollah Khomeini that there was no room for apostates in his Islamic republic. Ayatollah Montazeri also alluded to this tragedy in his memoirs (published in 2001) and the Iran Human Rights Documentation Center's detailed report on the executions notes that estimates of those killed range from 1,000 to 30,000. See IHRDC, Deadly Fatwa: Iran's 1988 Prison Massacre (New Haven, CT: IHRDC, 2009). The insider's account is provided by Ayatollah Hossein-Ali Montazeri, Khatirat-i Ayatollah Montazeri, Majmu'iyyih Payvastha va Dastnivisha [Memoir of Ayatollah Montazeri, the Collection of Appendices and Handwritten Notes] (2001).Arxiv surəti 25 iyul 2023 tarixindən Wayback Machine saytında