Mürtəza İşraqi (fars. مرتضی اشراقی) — İran prokuroru, 1980-ci illərin ortalarında Tehranın prokuroru. O, 1988-ci ilin yayında minlərlə siyasi məhbusun taleyini həll etmək üçün Seyid Ruhullah Xomeyni tərəfindən yaradılmış "Tehran Ölüm Komitəsi"nin üzvlərindən biri idi.[1][2]
Mürtəza İşraqi |
---|
1988-ci ildə Mürtəza İşraqi məhbusların siyasi və dini inancları ilə bağlı bəzi suallar verdikdən sonra onları edam etmək və ya sağ saxlamaq qərarına gələn "Tehran Ölüm Komitəsi"nin kimi tanınan komitənin üzvü olmudur.[3] Hüseynəli Müntəziri komitənin üzvləri kimi Tehran prokuroru olan Mürtəza İşraqi, o zamankı Tehran prokurorunun müavini Seyid İbrahim Rəisi, o zamankı şəriət hökmdarı Hüseynəli Nayeri və nümayəndəsi Mustafa Purməhəmmədi hallandırmışdır. Həbs cəzalarını çəkən bir neçə on min məhbus əməliyyat çərçivəsində qanundan kənar edam edilmişdir.[4]
"Amnesty International" 2019-cu ildə hesabat dərc etməklə Mürtəza İşraqini 1988-ci ildə siyasi məhbusların öldürülməsindən məsul olan "Tehran Ölüm Komitəsi" kimi tanınan dörd nəfərdən ibarət komitənin üzvü olduğuna görə insanlığa qarşı cinayət törətməkdə ittiham etmişdir.[5]
Onun daha sonra Ali Məhkəmənin şöbələrindən birinə rəhbərlik etdiyi deyilir.[6]