İraq–Səudiyyə Ərəbistanı münasibətləri — Səudiyyə Ərəbistanı və İraq arasındakı mövcud ikitərəfli münasibətlər. iki ölkə arasında dövlət sərhəddinin uzunluğu 811 km[1]-dir.
İraq–Səudiyyə Ərəbistanı münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Səudiyyə ilə İraq əlaqələri başlanğıcda problemlərdən, gərginlikdən ibarət olmuş və hətta müharibə həfddinə çatmışdır. 1960-cı illərdə və 1970-ci illərin əvvəllərində Ər-Riyad Ərəbistan yarımadasında və Yaxın Şərqdəki digər ölkələrdə İraqı Səudiyyə Ərəbistanı təhlükəsizliyi üçün təhlükə yaradan siyasi hərəkatlara dəstək verməkdə şübhələnirdi. Səudiyyə Ərəbistanı cavab olaraq İran, Küveyt Suriya və ABŞ kimi dövlətlərlə münasibətləri gücləndirməyə başlamışdır. Bu isə Bağdadda narazılıqla qarşılanırdı. 1975-ci ildən İraq daha mülayim siyasət yeritməyə başalayır. Bunun nəticəsi olaraq münasibətlər normallaşmağa başlayır. 1979-cu ildə İran İslam İnqilabı baş verir. Bundan sonra iki ölkənin bir-birinə yaxınlaşması sürətlənir. İraq və Səudiyyə Ərəbistanı bu hadisələri özünə böyük təhlükə hesab edirdi[2].
Bununla belə 1980-ci ildə İran-İraq müharibəsi zamanı Səudiyyə Ərəbistanı özünün neytrallığını elan edir. Bu bəyanata baxmayaraq Səudiyyə Ərəbistanı İraqa kreditlər və ya qrantlar .əkilində 25 mlrd dollar yardım göstərmişdir. Səudiyyə Ərəbistanı İraqla siyasi birliyin yaradılmasında əhəmiyyətli maliyyə sərmayələrinə baxmayaraq, bu ölkə arasında dostluq əlaqələri qurulamadı. Əksinə İran-İraq müharibəsinin bitməsindən 2 il sonra İraq Küveytin işğalını gercəkləşdirdi. Bu hadisə Ər-Riyadın Küveytin ardından İraqın Səudiyyə Ərəbistanına hücum edəcəyinə ciddi narahatlıq doğurdu. Səudiyyə Ərəbistanı Amerika Birləşmiş Ştatlarından yardım istədi və beynəlxalq koalisiya qüvvələrinin tərəfində İraqa qarşı Körfəz müharibəsində birbaşa iştirak etdi. Birləşmiş Ştatların koalisiyada əsas hərbi qüvvələr olmasına baxmayaraq, Səudiyyə Ərəbistanı öz hərbi bazalarını koalisiya təyyarələri üçün açdı, eyni zamanda Səudiyyə Silahlı Qüvvələri İraqa qarşı quru əməliyyatlarında iştirak etdi. Müharibə başa çatdıqdan sonra İraqla münasibətlər tamamilə məhv edildi. Səudiyyə Ərəbistanı İraqın müxalif qüvvələrini Səddam Hüseyni devirmək üçün maliyyələşdirməyə başladı[2]. 2003-cü ildə ABŞ və koalisiya qüvvələrinin İraqa hücumu zamanı Səudiyyə Ərəbistanı bunu dəstəkləsə də əməliyyatlarda iştirtak etməmişdir. Səddam Hüseyn öldürüldükdən sonra Yeni İraq hökuməti İrana yaxınlaşır. Üstəlik Səudiyyə Ərəbistanı yeni hökumətə inamsızlıqla yanaşır. 2016-cı ilin 1 yanvarında Səudiyyə Ərəbistanı İraqdakı səfirliyini yenidən açır. Bu addım İraq Şam İslam Dövlətinə qarşı birgə koaloisiyanın təşkili məqsədi ilə edilir. Beləliklə Səddam Hüseynin 1990-cı ildə Küveyti işğal etməsindən 26 il sonra iki ölkə arasında münasibətlər bərpa edilir[2].
1922-ci ildən 1991-ci ilədək Səudiyyə Ərəbistanı ilə İraq arasında mövcud olmuş neytrakl zona. 5 may 1922-ci ildə imzalanan müqavilə İraqı idarə edən Britaniya ilə Nəcd krallığı (hazırkı Səudiyyə Ərəbistanı) arasında müharibə həddinə çatır. 1975-ci ildə bölgənin bölünməsi ilə bağlı razılıq əldə edilmiş və 1981-ci ildə sərhəd müqaviləsi bağlanmışdır. 1983-cü ildə sənəd ratifikasiya edilmişdir. Bəzi səbəblərə görə, müqavilə BMT-də müəyyənləşdirilməyib, Səudiyyə Ərəbistanı və İraq xaricində heç kim yeni sərhədin haradan keçdiyi barədə məlumatlandırılmamışdır. 1991-ci ildə Fars körfəzi müharibəsi dövründə İraq Səudiyyə Ərəbistanı 1968-ci ildən bəri imzaladığı bütün beynəlxalq müqavilələri ləğv etdi. 1991-ci ilin iyun ayında Səudiyyə Ərəbistanı, BMT-də İraqla 1981-ci ildə imzaladığı sərhəd müqaviləsini qeydə aldırmışdır. Yalnız bundan sonra neytral zonanın mövcudluğu sona çatır[3].