İraq Milli Muzeyi (ərəb. المتحف العراقي) — İraqın paytaxtı Bağdadda yerləşən muzey. Mezopotamiya sivilizasiyalarının ən əhəmiyyətli əsərlərinin sərgiləndiyi muzey, 2003-cü ildə İraqın işğalından sonra ABŞ Silahlı Qüvvələri tərəfindən talan edilmişdir. İraqın baş naziri Nuri əl Maliki 23 fevral 2009-cu ildə yenidən açıldığı zaman əsərlərin yarısından çoxunun oğurlandığı ortaya çıxdı. Bir çox təşkilat, xüsusən də Birləşmiş Millətlər Təşkilatı, əsərləri muzeyə gətirmək üçün işlər aparırlar.
İraq Milli Muzeyi | |
---|---|
المتحف العراقي | |
Əsası qoyulub | 1926 |
Açılış tarixi | 1926 |
Ölkə | |
Yerləşir | Bağdad, İraq |
Kolleksiyası | 170.000+ əsər |
33°19′42″ şm. e. 44°23′07″ ş. u.HGYO | |
www.iraqmuseum.org[1] | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey Britaniya səyyahı və yazıçısı Gertruda Bell tərəfindən yaradılmış və 1926-cı ildə ölümündən az əvvəl açılmışdır. İlk adı Bağdad Arxeologiya Muzeyi olmuşdur.
Bölgənin tarixinin zənginliyini özündə əks etdirən muzey, dünyada çox mühüm hesab edilən muzeylədrdən biridir və burada çox sayda əsər var. Muzeydə Mesopotamiyanın 5 min illik tarixinə dair çoxsaylı əsərlər sərgilənir.
Muzey Körfəz müharibəsi zamanı zərər görməməyi üçün bağlanıb və Səddam Hüseynin doğum gününə görə 2000-ci il aprelin 28-də açılıb.