İrbayxan Bəybulatov (çeç. Ирбайхан Адылханович Байбулатов ; 1912, Osmanyurd[d], Xasavyurd rayonu – 26 oktyabr 1943 və ya 1 noyabr 1943[1], Melitopol, Zaporojya vilayəti) — Sovet Ordusunun zabiti. İkinci Dünya müharibəsi dövründə Qırmızı Orduda baş leytenant və tabor komandiri kimi fəaliyyət göstərmişdir. Ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adını almışdır.[2]
İrbayxan Bəybulatov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1912 |
Doğum yeri |
|
Vəfat tarixi | 26 oktyabr 1943 və ya 1 noyabr 1943[1] |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | piyada |
Rütbə | baş leytenant |
Komandanlıq edib | |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
İrbayxan Bəybulatov 1912-ci ilin mart ayında Terek oblastının Osmanyurt kəndində, kəndli ailəsində anadan olub. Milliyyəti barədə məlumatlar mübahisəlidir. Bəzi mənbələrdə qumuq mənşəli olduğu qeyd edilsə də,[3][4] digər mənbələrdə çeçen mənşəli olduğu bildirilir. Milliyyəti barədə qarışıqlığın səbəbi Sovet İttifaqı Qəhrəmanı adının Nax xalqlarına verilməsini qadağan edən əmr olmuşdur. Bu səbəbdən milliyəti rəsmi sənədlərdə qumuq olaraq yazılır. 1938-ci ildə Qroznı Pedaqoji Məktəbini bitirdikdən sonra doğulduğu kənddə məktəb direktoru işləmişdir.[5][6]
İrbayxan Bəybulatov Barbarossa əməliyyatı başladıqdan dərhal sonra Sovet Ordusunda hərbi xidmətə başlamışdır. Buynaksk Piyada Məktəbində zabit kimi təhsil almışdır. 1942-ci ildə həmin məktəbdən məzun olmuşdur. 1943-cü ilin yanvarında 690-cı Tüfəng Alayında tabor komandiri təyin edilib. Müharibə dövründə yaralı yoldaşlarının hərbi vəzifələrini üzərinə götürmüşdür. Almanların hücumunu dəf edərkən ağır yaralanmışdır. Sonradan öldüyü elan edildi və ailəsinə bu haqda məlumat verildi. Lakin sağ qaldı və xəstəxanada müəlicə edildi. Bu dövrdə cəsarətinə görə "Qırmızı Ulduz" ordeni ilə təltif edilmişdir.[5]
İrbayxan Bəybulatov 126-cı Piyada Diviziyasının 1-ci Tüfəng Taborunun komandiri vəzifəsinə təyin edildiyi dövrdə diviziya Melitopol şəhəri uğrunda gərgin döyüşə girdi. Payızdakı döyüşlər zamanı onun taboru şəhərə ilk daxil olan hərbi qüvvələrdən biri olmuşdur. Onun rəhbərlik etdiyi qüvvələr şəhərin kənarından dolanaraq hücuma keçdilər və Alman Hərbi Qüvvələrinə ağır zərbə vurdular. Oktyabr ayının sonunda küçə döyüşləri ilə almanları şəhərin mərkəzi hissəsindən uzaqlaşdırmağa çalışdılar. 19–23 oktyabr tarixləri arasında İrbayxan Bəybulatov tərəfindən 20-dən çox alman əsgəri öldürüldü və iki düşmən tankı sıradan çıxarıldı. Həmçinin bu dövrdə onun rəhbərlik etdiyi tabor tərəfindən 7 tank sıradan çıxarıldı və təxminən 1000 alman əsgəri öldürüldü. Taborun iştirakı ilə 19 düşmən hücumu dəf edildi və eyni sayda hücum nöqtəsi məhv edildi. Ona Sovet İttifaqı Qəhrəmanı adının verilməsinə bir həftədən az müddət qalmış, 26 oktyabr 1943-cü ildə həlak oldu.[6][7]