Şərq cəbhəsi (alm. die Ostfront, ing. Eastern Front)[9], Böyük Vətən müharibəsi (rus. Великая Отечественная война, translit. Velikaya Oteçestvennaya Voyna) və ya Almaniya–SSRİ müharibəsi (ing. German-Soviet War)[10] — İkinci Dünya müharibəsi illərində Şərqi Avropa, Mərkəzi Avropa və Balkan yarımadasında Berlin-Roma-Tokio oxu və Finlandiya ilə SSRİ, Polşa və Antihitler koalisiyası arasında 22 iyun 1941 – 9 may 1945-ci illərdə baş vermiş müharibə cəbhəsi.
Şərq cəbhəsi | |||
---|---|---|---|
İkinci Dünya müharibəsi | |||
Tarix |
22 iyun 1941 – 25 may 1945[qeyd 1] (3 il, 11 ay və 3 gün) |
||
Yeri | Şərqi Avropa, Mərkəzi Avropa və Balkan yarımadası | ||
Səbəbi | Üçüncü Reyxin Barbarossa əməliyyatına start verməsi | ||
Nəticəsi |
SSRİ-nin qələbəsi
|
||
Ərazi dəyişikliyi |
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Şərq cəbhəsində baş verən döyüşlər tarixin ən böyük hərbi qarşıdurmaları olmuşdur.[11] Onlar tarixdə görünməmiş vəhşilik, genişmiqyaslı dağıntılar, kütləvi deportasiyalar və çoxlu insanın döyüş, aclıq, xəstəlik və qırğınlara görə həyatını itirməsi ilə xarakterizə edilir. Şərq cəbhəsi demək olar ki, bütün həbs düşərgələrinin fəaliyyət göstərdiyi, gettoların tərtib edildiyi və poqromların, Holokostun baş verdiyi yer hesab edilir. İkinci Dünya müharibəsində təxminən 70 milyon nəfər həlak olmuşdursa, bu ədədin 30 milyonu Şərq cəbhəsinə aiddir. Şərq cəbhəsi İkinci Dünya müharibəsinin Avropa hissəsinin nəticəsini müəyyənləşdirmədə həlledici rol oynamışdır və Üçüncü Reyxin məğlub olmasının əsas səbəbidir.
Cəbhənin iki əsas döyüşçü tərəfi Üçüncü Reyx və Sovet İttifaqı idi. Şərq cəbhəsinin hərbi əməliyyatlarında iştirak etməyən ABŞ və Böyük Britaniya Sovet İttifaqına lend-liz şəklində çoxlu yardım göstərmişdir.
İkinci Dünya müharibəsinin Şərq cəbhəsinin başlamasının əsas səbəbi faşizm və kommunizm rejimləri arasındakı ziddiyyətlər idi.[12] Bolşeviklərin hökumətə gəlməsindən sonra, Almaniyada antikommunist fikirlər yayılmağa başlayırdı. Bu fikirlər Adolf Hitlerin hökumətə gəlməsindən sonra kəskin şəkildə artmışdır.[13] SSRİ tərəfindən faşizm təhlükəsinin lazımınca qiymətləndirilməməsi də müharibənin mühüm səbəblərindən biri idi. 1941-ci ilin yazında Yuqoslaviya və Yunanıstan danışıqsız faşistlərə təslim oldu. Balkanlardakı Britaniya korpusu Misirə qaytarıldı. Daha sonra faşistlər, demək olar ki, bütün Avropanı özlərinə tabe etmişdilər. Qarşıda SSRİ-nin işğalı dururdu. Almaniya SSRİ üzərinə "Barbarossa" adlı hücum planı hazırlamışdı. Plana görə, SSRİ 1941-ci ilin payızına kimi işğal edilməli idi.[14]
1941-ci ilin iyununda Almaniya SSRİ-yə hücum etdi. "İldırımsürətli müharibə" strategiyasına əsaslanan alman qoşunları qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq niyyətində idilər. Kiyev və Smolenski ələ keçirən almanlar həmin ilin payızında Moskvaya yaxınlaşdılar, lakin dekabrda sovet qoşunlarının əks-hücumu ilə Moskva ətrafında alman qoşunları darmadağın edildi. Bununla da "İldırımsürətli müharibə" planı puça çıxdı.
Antihitler koalisiyası döyüşlərdə uğur qazana bilmirdi. Bu, almanlara Şərqdə SSRİ-yə qarşı hücumu genişləndirməyə imkan yaratdı, lakin almanların hücumu Stalinqrad yaxınlığında dayandırıldı. Sovet qoşunlarının əks-hücumu faşistlərin ağır məğlubiyyəti ilə başa çatdı. Strateji üstünlük müttəfiq qoşunlarının tərəfinə keçdi. Müharibədə tam əsaslı dönüş yarandı.
Bu zaman Leninqradın blokadası yarıldı. Sovet qoşunları Qafqazda hücuma keçib almanları geri oturtdu. 1943-cü ilin yayında baş vermiş Kursk döyüşündə faşistlərin məğlub edilməsi ilə sovet-alman cəbhəsində əsaslı dönüş başa çatdı.
Qızıl Ordu 1944-cü ilin sonuna kimi SSRİ ərazisi faşistlərdən tamamilə azad etdi. Sovet ordusu Şərqi Prussiya və Polşaya daxil oldu. 1944-cü ilin sentyabrında Bolqarıstan və Rumıniya müttəfiqlərlə barışıq imzaladı və Almaniyaya müharibə elan etdilər. Bu zaman sovet ordusu Yuqoslaviyaya daxil oldu.[14]
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |