İrek Ayratoviç Zaripov (başq. Ирек Айрат улы Зарипов, rus. Ирек Айратович Зарипов; 27 mart 1983, Sterlitamak, Başqırd MSSR) — Rusiya xizəkçi və biatlonçusi. Rusiya Əməkdar İdman Ustası[1], 2010-cu ildə Vankuverdə keçirilən Paralimpiya Qış Oyunlarının dördqat çempionu.
İrek Zaripov | ||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
başq. Ирек Айрат улы Зарипов rus. Ирек Айратович Зарипов | ||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 27 mart 1983 (41 yaş) | |||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||
İdman növü | Biatlon | |||||||||||||||||||||||||||||||
Məşqçisi |
A. A. Qumerov S. R. Qumerov |
|||||||||||||||||||||||||||||||
Medallar
|
İrek Zaripov 27 mart 1983-cü ildə Sterlitamak şəhərində anadan olmuşdur.[2] Valideynlərinin adları Ayrat Qabdulhamatoviç və Vəsilə Mustafinovna Zaripovlar idi, onlar kərpic zavodunda işləyirdilər.[3][4]
Məktəbdə İrek xizək və basketbola həvəs göstərirdi, futbol oynayır, boks və güləşlə məşğul olurdu.[5]
2000-ci ildə 17 yaşında ağır qəzaya düşdü: motosiklet sürərkən 9 tonluq "MAZ" avtomobilinə çırpıldı; xəstəxanaya çatdırıldıqdan sonra ayağlarını də amputasiya etdilər. Bundan sonra praktiki olaraq iki il hərəkət etmədi, amma sonra fiziki formasını bərpa etməyə başladı. Əlil olmasına baxmayaraq, peşə liseyi və Başqırdıstan İqtisadiyyat və Hüquq Kollecini bitirdi.[4][5] Məşqlərini "İdel" idman kompleksində başladı, ilk məşqçisi F. N. Qabdullin idi.[2]
İrek özünü atletika və ağır atletika, üzgüçülük, stolüstü tennis kimi müxtəlif idman növlərində sınadı. 2004-cü ildə o, Başqırdıstan Respublikasının Atletika üzrə Milli Komandasının üzvü oldu; Rusiya çempionatında xizək sürmə və biatlon üzrə baş məşqçi İrina Qromova ilə tanış oldu, hansı ki İrekə Başqırdıstanın məşhur məşqçisi Salavat Qumerova müraciət etməyə məsləhət gördü. Qumerov İreki xizək yarışlarında iştirak etməyə hazırlamağa başladı.[5] Əmir Qumerov də onun məşqçisi olmuşdur.[6]
2005-ci ildən etibarən İrek Zaripov Başqırdıstan Respublikası Ali İdman Ustalığı Məktəbinin tərkibində çıxış edir. Elə həmin il Rusiya Paralimpiya komandasının milli komandasına daxil edildi.[2] Növbəti il 2006-cı ildə Turində keçirilən Qış Paralimpiya Oyunlarında iştirak etdi və burada 7,5 km məsafəlik biatlon yarışında 4-cü yeri tutdu.[4][5] Vankuverdə keçirilən Paralimpiya Qış Oyunlarında 4 qızıl medal qazanaraq karyerasının ən böyük zəfərini yaşadı: 2.4 km (təqib yarışı) və 12.5 km məsafələrdə biatlon üzrə və 15 km və 10 km məsafələrdə xizək sürmək üzrə; 1 km məsafədə xizək sürmə yarışlarında isə gümüş medal qazandı.[5] 2010-cu ilin iyun ayında İrek Zaripov 3-cü Dünya Başqırdlar Qurultayında Sterlitamak şəhərini təmsil etmişdir.[7]
2010-cu ildən o, dayaq və hərəkət sistemimdə zədəsi olan Rusiya Əlillər Bədən Tərbiyəsi və İdman Federasiyasının Birinci Vitse-Prezidenti oldu.
İrek Zaripov ailəlidir; həyat yoldaşının adı Yelena Yevgeniyevna Zaripovadır.[4] 21 mart 2008-ci ildə onların Aynur adında oğlu, 2010-cu ilin payızında isə Diana adında qızı oldu.