İriçiçəkli poruq

İriçiçəkli poruq (lat. Stachys macrantha) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü.

İriçiçəkli poruq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik bitkidir. Gövdəsi düz və ya yüksələn, yumşaq uzun aşağı yönəlmiş tükcüklü, (10) 20-50 (75) sm hündürlükdədir. Yarpaqları yumurtavari və uzunsov-yumurtavari, küt, qaidəsində ürəkvari, kənarları küt iri mişarvari və ya iri kütdişli, üst hissəsində seyrək, aşağı hissəsində sıx uzun tüklü; gövdəətrafı yarpaqlar uzun saplaqlı, yuxarı yarpaqlar oturaqdır. Çiçək köbəsi çox çiçəklidir. Tac olduqca iri, 3,5 mm-ə qədər uzunluqda, çəhrayı və ya fırfır, nadir hallarda ağ rənglidir.

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı meşə, subalp və alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir.

  1. Linnaea : Ein Journal für die Botanik in ihrem ganzen Umfange, Linnaea, Linnaea (alm.): Ein Journal für die Botanik in ihrem ganzen Umfange. B: 1849. burax. 21. S. 683. ISSN 0178-5397
  2. Qlobal Biomüxtəliflik Məlumat Mexanizmi (çd.). 2001.