İrina Azər

İrina Azər Abdurrezaevna (İren Azər) (1949) — SSRİ-də populyar kino-aktrisa. 1949-cu ilin sentyabr ayının 19-da (bəzi mənbələrə görə 18-də) Bakıda anadan olmuşdur. Sovet kinosunun ən gözəl sarışını, Sovet ekranının ən gözəl aktrisası, Sovet Merilin Monrosu kimi taninib. Ümumilikdə 1967 −1991-ci illərdə 31 filmdə çəkilmişdir. 1990-cı ildə kino sənətini tərk etmişdir. 1991-ci ildən kiçik bizneslə məşğul olmağa başlamışdır.

İRİNA
İrina Abdürrezayevna Azər
Doğum tarixi (74 yaş)
Doğum yeri Bakı
Vətəndaşlığı
Fəaliyyəti Aktrisa
Fəaliyyət illəri 1967-ci ildən
IMDb ID0044202

Hal-hazırda qızı, kürəkəni və 2 nəvəsi ilə ABŞ (Los Anceles, Kaliforniya)- da yaşayır.

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Anası Liliya Georgievna İkinci Dünya müharibəsində Sovet Ordusunun tərkibində ön cəbhədə vuruşub. Dəfələrlə cəbhə xəttinin arxasına kəşfiyyata gedib. Atası Polşa aristokratı Yofan adlı şəxs idi. O, təyyarəçi kimi müharibədə döyüşüb, ondan sonra isə Bakıda sınaqçı pilot işləyib. Cütlük evlənməyə hazırlaşırdı, Yofan hətta qızına İren adını da fikirləşmişdi, lakin məsələyə onun Polşadakı qohumları müdaxilə etdi. O müharibədə bütün gənc varislərini itirmiş aristokrat bir nəsilin yegənə davamçısı idi. Qızının doğulmasından üç ay əvvəl Yofan həmişəlik Polşaya getdi.

Yofan Bakını tərk edəndən az sonra İrandakı qədim Azərbaycan nəslindən olan general Abdur Rza Azər Liliyaya evlilik təklif edir və Liliya bunu qəbul edir. Abdur Reza Azər iranlı azərbaycanlıların hüquqlarını müdafiə edən və kommunizmi dəstəkləyən bir general idi. Sovet İttifaqı qoşunları İran ərazisindən çıxaranda İran dövləti onu vətən xaini elan etmiş və qiyabi olaraq ölüm cəzasına məhkum etmişdi. Beləliklə Abdur Rza Bakıya gəlir, orada onun yüksək statusunu nəzərə alaraq, onun İran iqamətgahından, demək olar ki, geri qalmayan bir iqamətgahda yaşayırdı. Abdur Rezanın əvvəlki nikahdan Delaram adlı qızı da vardı. İren öz müsahibələrində məhz Abdur Rezanı öz atası saydığını deyirdi.[1] İrinanın özünün dediyinə görə, ögey atası ən zəngin İran ailəsinə mənsub idi. Rza Azər məşhur general, İranın son şahinşahı Məhəmməd Rza Pəhləvidən SSRİ-də sığınan siyasi mühacir idi.

Burada varlıların iqamətgahında yaşayırdı və sevimli ögey qızı üçün evin qarşısında dəbdəbəli fəvvarə da yaratmışdı. Bir müddət sonra 1957-ci ildə bacısı Dilarəm dünyaya gəlir.

Tezliklə İrene ailəsi Moskvaya köçdü, burada Reza Azər Şərqşünaslıq İnstitutunda dərs dedi. Ömrünün sonunda, ölümündən bir müddət əvvəl Reza Azər Tehrana qayıtdı. 1978-ci ildə ögey atasının ölümündən dərhal sonra ölkədə İslam inqilabı baş verdi və o vaxt Tehranda olan İrina və bacısı Delaram, ögey atalarının vəsiyyət etdiyi mirasdan heç bir şey almadan İrandan qaçmağa məcbur oldular.

16 yaşında 1965–1977-ci illərdə model olaraq çalışmağa başladı, 12 ilini bu peşəyə həsr etdi.

1968-ci ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Aktrisa Gerasimovla görüşünü həyatındakı taleyüklü bir məqam hesab etdi.

Tələbəlik illərindən film təklifləri alır. İrenin karyerası 1966-cı ildən ""13 stul" qəlyanaltıxanası" serialından başlayıb. O, serialda eyni zamanda 2 rolda (Olqa və Karolina) öz bacarığını nümayiş etdirmişdi. Aktrisanı populyarlaşdıran növbəti ekran işi "Azadlıq: Alovlu qövs" filmindəki Tanya obrazı olur. Daha sonra "Diqqət, tısbağa", "Oğurluq", "Akvanavtlar", "Ağ qu quşlarına atəş açmayın", "Sirli farvater", "Əziz oğlan" və "Rezidentin qayıdışı" və digər filmlərdə yaddaqalan obrazlar yaradır. "Böyük dəyişiklik" filmindəki Lyuska obrazı ona xüsusi uğur gətirir.[2]

3-cü kursda oxuyanda Yuri Şvartsla ailə həyatı qurur. İki il sonra onların Viktoriya adında qızları dünyaya gəlir. 1991-ci ildən kinodan uzaqlaşan aktrisa özü və ailəsini dolandırmaq üçün kiçik bizneslə məşğul olmağa başladı. Ərindən boşanan aktrisa ikinci dəfə ailə həyatı qurur, lakin 1998-ci ildə əri vəfat edir və depressiyaya düşən aktrisa içkiyə qurşanır. 2002-ci ildə bacısı Dilarəm intihar edir, anası vəfat edir və bu, onu dərindən sarsıdır. Bu hadisədən sonra o, Amerikaya köçür.

  1. "Sovet kinosu üçün çox gözəl və mürəkkəb olan İren Azər". 2020-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-12.
  2. "Sovet kinosunun bakılı "Merilin Monro"su - İren Azərin enişli-yoxuşlu həyat hekayəsi". 2022-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]