Məhəmməd Rza Pəhləvi (26 oktyabr 1919, Tehran, İran — 27 iyul 1980, Qahirə, Misir) — Sonuncu İran Şahənşahı.
Məhəmməd Rza Pəhləvi | |
---|---|
fars. محمدرضا شاه پهلوی | |
16 sentyabr 1941 – 11 fevral 1979 | |
Baş nazir | Məhəmməd Musaddıq Əli Əmini Əmir-Abbas Hoveyda Şapur Bəhtiyar |
Əvvəlki | Rza şah Pəhləvi |
Sonrakı | Monarxiya ləğv edildi Ruhullah Xomeyni (İran Ali Rəhbəri) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran, |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Qahirə, Misir |
Vəfat səbəbi | limfoma |
Dəfn yeri | Əl-Rifahi məsçidi |
Təhsili | Institut Le Rosey, İsveçrə |
Fəaliyyəti | siyasətçi, monarx |
Atası | Rza şah Pəhləvi |
Anası | Nimtac Ayrımlı |
Həyat yoldaşları |
1) Fövziyyə bint Fuad 2) Sürəyya İsfəndiyari 3) Fərəh Pəhləvi |
Uşaqları |
oğulları: Rza, Əli Rza qızları: Şahnaz, Fərahnaz, Leyla |
Ailəsi | Pəhləvilər |
Dini | İslam |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmməd Rza Pəhləvi 1919-cü il oktyabrın 26-da İranın paytaxtı Tehran şəhərində, görkəmli sərkərdə və Pəhləvilər sülaləsinin banisi, Rza xanın ailəsində anadan olmuşdur. 1925-ci ildə Rza xan özünü İranın şahı və Məhəmməd Rzanı şahzadə elan edir. 1935-ci ildə İsveçrədəki Institut Le Roseyi (kollec) bitirdikdən sonra İrana qayıdır və burada, Tehran hərbi məktəbində, hərbi təhsil alır.
İkinci dünya müharibəsi zamanı İran öz "neytrallığını" elan etsə də, ölkədə çox güclü faşist kəşfiyyatı vardı. Bunu bilən Sovet hökuməti və İngiltərə öz qoşunlarını İranın ərazisinə yeritdilər. SSRİ qoşunları Güney Azərbaycana girdi. SSRİ İranın ərazisinə girməsini 1922-ci ildə İran və SSRİ arasında olan müqavilə ilə izah etdi (həmin müqaviləyə görə əgər bir dövlətin təhlükəsizliyinə qarşı şərait yaranarsa digəri onun ərazisinə qoşun yeridə bilər). Ölkədə yaranmış olan vəziyyət Rza şah öz oğlu Məhəmməd Rza Pəhləvinin xeyrinə taxtdan əl çəkdirir və Cənubi Afrikaya sürgün olunur.
1963-cü ilin əvvəlində Məhəmməd Rza Pəhləvinin hökuməti ümummilli islahatlar kursunu – Ağ İnqlab (انقلاب سفید Enghelāb-e Sefid) – elan edir. İslahatlar nəticəsində torpaq sahələri kasıb və kənd camaatına paylanılır. Meşələr milliləşdirilir. Hökumətin mülkiyyətində olan şirkətlər özəlləşdirilir. Qiymətlər tənzimlənilir. Ümummilli miqyasında yenidənqurma, abadlaşdırma və tikinti işlər aparılır. Həmçinin təhsil və mədəniyyət sahəsində də mühüm islahatlar başlanmışdı. İranlı minlərlə tələbə Avropada və Amerikada təhsil almağa göndərilir. Qadınların hüquqlarına da böyük diqqət yetirilir. İslahatların aparılmasında Əmir-Abbas Hoveyda (1965 – 1977-ci illərdə İranın baş naziri) böyük rol oynayırdı.
"Ağ inqilabın" əsasını torpaq islahatı təşkil edirdi. 1962-ci ilin yayında A.Əmini istefaya gedəndən sonra A.Aləm hökuməti şahın sərəncamı ilə 6 qanun layihəsi hazırlayır.
Torpaq qanununa görə iri mülkədarlar ancaq, kənd təsərüfatı maşınlarının və muzdlu əməyin istifadəsi şərti ilə 500 hektara qədər olan torpaqları öz mülkiyətlərində saxlaya bilərdilər. Qalan torpaqlar torpaq fonduna daxil olurdu. Həmin bu fondlardan kəndlilərə torpaq payları verilirdi. Keçmiş mülkədarlara isə dövlətin zəmanəti ilə həmin torpaq müqabilində, bankdan onun dəyəri ödənilirdi. 500 hektardan az torpağı olan mülkədarlara:
Torpağın bölüşdürülməsi Marağa rayonundan və Azərbaycan ostanlarının başqa rayonlarından başladı. Kənd təsərüfatında kapitalist sisteminin bərqərar olması müəyyən mənada mütərəqqi idi, çünki İranda buna qədər feodal münasibətlər hökm sürürdü. Amma islahatın ancaq mülkədar və kapitalist zümrənin marağında keçirilməsi, geniş kəndli kütləsinə çox baha başa gəldi. Xüsusi ilə kənd icmasının düşünmədən dağıdılması kəndlilərin böyük şəhərlərə üz tutmasına səbəb oldu. Surətli urbanizasiya ölkədə kəndlə şəhər arasında əhalinin qeyri-bərabər bölüşdürülməsinə gətirdi. Öz kəndlərindən və deməli adət etdikləri patriarxal həyat tərzindən belə tezliklə ayrılan kəndlilər, belə surətli modernizasiyaya tab gətirə bilmədilər. Nəticədə müxalif ruhanilər xalqın bu narazılığından istifadə edib 1979 ildə Məhəmməd Rza Pəhləvini devirdilər.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |