İrina Jukova (22 noyabr 1974, Çerkasi) - Ukraynalı karyerasını başa vurmuş voleybolçu.
İrina Jukova | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 22 noyabr 1974 (50 yaş) |
Doğum yeri | |
Boyu | 179 sm |
Çəkisi | 70 kq |
İdman növü | voleybol[1] |
Komandası |
|
Vikianbarda əlaqəli mediafayllar |
1974-cü il təvəllüdlü və 178 sm boyu olan İrina Jukova ölkəsinin yığmasının da şərəfini qoruyur. Ukraynalı voleybolçu Avropa kubokunda mübarizəyə ilk dəfə "Ximvolokno Çerkası"nin heyətində "ayaq basıb". O, daha sonra "Modena" (2001-2003), "Foppapedretti" (2003-2005), "Kruq Çerkası" (2006-2007), və "Zariçye-Odinçeva" (2007-2009) klublarının heyətində qitənin müxtəlif kubok yarışlarının iştirakçısı olub. 4 dəfə Çempionlar Liqasının "Dördlər finalı"nda qüvvəsini sınayan Jukova "Berqamo" və "Modena"nın heyətində Çempionlar Liqasının qızıl medalını qazanıb. Bundan əlavə, bir dəfə fəxri kürsünün ikinci pilləsinə yüksəlib və 1 dəfə dördüncü olub. O, həmçinin Rusiya, İtaliya və 5 qat Ukrayna çempionudur.
2010-cu ilin mayında Rabitə Bakı klubu ilə müqavilə bağlayıb[2].
Boy : 179 sm
Çəki : 69 kq
Mövqe: Oyun qurucusu
Nömrə: 17