Türkiyə–İrlandiya münasibətləri — İrlandiya və Türkiyə Respublikası arasındakı mövcud ikitərəfli münasibətlər. İrlandiya Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələr 1972-ci ildə qurulmuşdur. İrlandiyanın Ankaradakı səfirliyi 1998-ci ildə açılır. Türkiyənin 1973-cü ildən bu yana Dublində səfirliyi var. Hər iki ölkə Avropa Şurasının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) həqiqi üzvüdür, hər ikisi də Aralıq dənizi Birliyindədir və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvüdür. Ayrıca İrlandiya Avropa İttifaqının üzvüdür, Türkiyə isə bu quruma üzv olmaq üçün namizəddir.
Türkiyə–İrlandiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
1840-cı illərdə İrlandiyadakı Kartof aclığı dövründə Osmanlı Sultanı Əbdülməcid kömək üçün 1000 funt bağışlamışdır. İrlandiyalıların Sultana yazdığı bir təşəkkür məktubu Osmanlı arxivində saxlanılır[1].
Rəvayətə görə sultan əvvəlcə 10.000 funt göndərmək istəyir, lakin ingilis diplomatlar və ya öz nazirlər onu 2000 funt bağışlayan Kraliça I Viktoriyadan daha çox ianə verməkdən çəkindirdilər. Üç-beş gəminin də ərzaqla dolu göndərilməsini əmr edir. İngilis rəhbərliyi bu gəmilərin qarşısını almaq üçün hər cür üsula əl atır, lakin yemək gizli şəkildə Droeda limanına çatdırılır. Qida burada Osmanlı dənizçiləri tərəfindən qoyulur. Limana çatdırılma qeydləri qalmamışdır. Qəzetlər 1847-ci ilin mayında gəmilərin Boyn çayı ilə Osmanlı İmperiyasındakı Selanikdən gəldiyini iddia edirdi, ancaq qəzet eyni zamanda çayın qurumuş olduğunu bildirirdi. 1995-ci ildə bununla bağlı Droeda bələdiyyəsi xatirə lövhəsi quraşdırır. 2012-ci ildə bu mövzuda bir filmin çəkiləcəyi elan edilir. Rolları Kolin Farrel və bir neçə türk ulduzu oynamalıdır[2].
Sultanın 10.000 funt bağış etmək istədiyi ilk iddia, “Taylor və Makkeyiın həyatları və Sir Robert Pilin zamanı (1851)” əsərində yer alır, lakin kitab orijinal mənbəyinə istinad etmir. İkinci qaynaq 1894-cü ilə aiddir və daha doğrudur: İrlandiyalı millətçi Villyam O'Neyll, sultanın oğlunu müalicə edən həkimdən “Sultan aclıq çəkən İrlandiyaya 10.000 funt sterlinq vermək istədiyini, ancaq İngiltərə səfiri Lord Kouley tərəfindən dayandırıldığını iddia edir. Məsələ isə əlahəzrətin 2000 funt bağışladığı halda, xarici bir hökumətin böyük bir məbləğ bağışladığını öyrənmək onu qəzəbləndirəcəkdir[3].
2011-ci ilin iyul ayında təsdiqlənmiş vizasız rejiminə əsasən, etibarlı İngiltərə C vizası olan və təsdiqlənmiş İngiltərə miqrantı olan Türkiyə vətəndaşları (17 ölkə ilə birlikdə) 90 gün ərzində vizasız olaraq İrlandiyada qala bilərlər.