İrlandiya Qırmızı Xaç Cəmiyyəti

İrlandiya Respublikasının Dublin şəhərində cəmiyyətin baş qərargahı

İrlandiya Qırmızı Xaç Cəmiyyəti (ing. Irish Red Cross) — 1939-ci il iyulun 1-də 1938-ci il Qırmızı Xaç Qanununun şərtləri ilə Dublin Şəhər Xəstəxanasının tibb bacısı Elizabet O Herrin tərəfindən təsis edilmişdir.[1] Onun konstitusiyası 1949-cu il Cenevrə Konvensiyasına, 19772005-ci ildəki İrlandiyanin da bir hissəsi olduğu əlavə protokollara (Cenevrə Konvensiyaları), İrlandiya Parlamentinin aktlarına və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının müvafiq müddəalarına əsaslanır.

Cəmiyyət İrlandiya Müdafiə Nazirliyi tərəfindən dəstəklənir və ümumi xərci 739.000 avroya başa gəlir. Bununla yanaşı Müdafiə Nazirliyi hər il Beynəlxalq Qırmızı Xaç Komitəsinə 130 min avro verir.[2] Son bir neçə il ərzində təşkilat əhəmiyyətli idarəetmə və struktur dəyişikliklərini həyata keçirmişdir. 2011-ci ildə yeni idarə heyəti ilə yeni baş katib təyin olundu.[3]

Cəmiyyət könüllü olaraq təşkil edilir. İrlandiyada onların fəaliyyətlərinə dağ xilasetməsi, ictimaiyyətin ilk yardım təhsili, ictimai tədbirlərdə ilk yardım və təcili yardım xidmətlərinin təmin edilməsi, yaşlılar üçün müəyyən xidmətlər və qayğıya ehtiyacı olan digər xidmətlər daxildir. İrlandiyadan kənarda cəmiyyət təbii fəlakətlərə və münaqişə bölgələrinə reabilitasiya və humanitar xidmətlər göstərir.

İrlandiya Qırmızı Xaç Cəmiyyətinin qərargahı Dublin şəhərindəki 16-cı Merrion meydanında yerləşir. Cəmiyyət Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlər Federasiyasının üzvüdür.

  1. "Arxivlənmiş surət". 2018-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-27.
  2. "Department of Defence Annual Report 2013" (PDF). 2019-10-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-03-27.
  3. "Arxivlənmiş surət". 2015-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]